Çankaya köşkündə olay: Xəstə qadın jurnalistə hücum etdi

20.01.2014 - 16:29

Ankarada rəsmi səfərdə olan Gürcüstan prezidenti Georgi
Marqvelaşvilinin Türkiyə prezidenti Abdulla Güllə görüşü ərəfəsində
Prezident sarayında – Çankaya köşkündə insident baş verib

Ankarada rəsmi səfərdə olan Gürcüstan prezidenti Georgi
Marqvelaşvilinin Türkiyə prezidenti Abdulla Güllə görüşü ərəfəsində
Prezident sarayında – Çankaya köşkündə insident baş verib

 

Türkiyənin
“Hürriyyət” qəzetinə istinadən verilən məlumatlara görə, Prezident
sarayının gözləmə salonunda Gürcüstan prezidentinin mətbuat xidməti
rəhbərinin müavini, jurnalist Şopo Cacanidze ruhi-əsəb durumu normal
olmadığı bildirilən Berat Düzgünər adlı qadının hücumuna məruz qalıb.
Məlumata görə, Prezident sarayında vəzifəli şəxslərdən biri ilə görüşən
həmin qadın görüş başa çatandan sonra ayağa qalxaraq Gürcüstan
prezidentini müşayiət edən gürcüstanlı jurnalistlərə doğru gedib. O, C.
Cacanidzenin saçlarından tutaraq yerə yıxıb. Bu zaman jurnalistlər
hadisəyə müdaxilə ediblər.

 

 

Daha sonra Prezident sarayı mühafizəçilər B. Düzgünəri saxlayıblar.

Saxlanılandan sonra B. Düzgünər ilkin ifadəsində jurnalistin guya onun
üzərinə gəldiyini, ona zərər verəcəyini düşündüyü üçün özünü müdafiə
addımı atdığını deyib

Xəstəxanaya aparılan gürcü jurnalist ambulator yardım göstəriləndən
sonra Prezident sarayında keçirilən toplantıya qatılıb. Jurnalistlərin
suallarına gülərək cavab verən Ş. Cacanidze, baş verənlərə görə
şikayətçi olmayacağını deyib.

Short URL: http://www.cumhuriyyet.net/?p=3449

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031