Gəncədə fövqəladə vəziyyət


daxil olan məlumata görə Gəncənin icra başçısı Elmar Vəliyevin yaxın
saatlarda vəzifəsindən azad olunacağı gözlənilir. Bununla bağlı saytımızı
məlumatlandıran mənbənin sözlərinə görə ölkə başçısı İlham Əliyev bu
gün Şəhidlər Xiyabanını ziyarət etdikdən dərhal sonra Gəncə şəhərinə
yola düşüb və qəribəsi budur ki, həmin səfər əvvəlcədən
planlaşdırılmayıb. Bu isə Elmar Vəliyev ətrafında doğurdan da təhlükəli
ssenarilərin cızılmasından xəbər verir.
Redaksiyamıza daxil olan, amma dəqiqləşdirə bilmədiyimiz digər
informasiyada isə iddia olunur ki, Elmar Vəliyev artıq Milli
Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs olunub. Bu
məlumatın hansı dərəcədə doğru olması dəqiqləşməsə də prezidentin
Gəncəyə yollanması dəqiq məlumatdır.
Bildirək ki, E.Vəliyev təyinatından sonra ölkənin ikinci şəhərinin
abadlaşdırılması kampaniyasına başlasa da prosesi hakimiyyətin əleyhinə
böyük narazılıq dalğasına çevirib. Şəhərdə aparılan kütləvi söküntülər
yerli əhalinin qəzəbinə səbəb olub. Bunu Gəncədən hər gün Prezident
Administrasiyasına edilən yüzlərlə şikayət məktubları da təsdiq edir.
Gəncə şəhər Polis İdarəsinin sabiq rəisi, general Rasim Musayevin
qalmaqallı istefasından sonra icra başçısı Elmar Vəliyev hədəfə
gəlmişdi. Xatırladaq ki, mətbuatda polis rəisi ilə icra başçısının
əlbəyaxa dava etməsi barədə məlumatlar yayılmışdı. Prezidentin icra
başçılarının müşavirəsində danlamasından təsirlənib huşunu itirən icra
başçısı bir neçə gün Bakıdakı klinikalarda müalicə almışdı.
Mənbənin məlumatına görə bir neçə il ərzində dövlət büdcəsindən və
Prezidentin Ehtiyyat Fondundan Gəncənin abadlaşdırılmasına ayrılan
vəsaitlər təyinatı üzrə israf olunmayıb. Nəticədə şəhərin sökülərək
dağıdılan küçələrinin böyük bir hissəsini təmir etmək, yenidən qurmaq
mümkün olmayıb. Seçki ərəfəsində Gəncədə yeni obyektlərin,
müəssisələrin, parkların açılışı planlaşdırılsa da işlərin qrafik üzrə
getməməsi səbəbindən tədbirlər baş tutmayıb. Nəticədə Prezident Qərb
bölgəsində səfərdə olsa da Gəncəyə baş çəkməyib.
Short URL: http://www.cumhuriyyet.net/?p=3450