Hakimiyyət Leyla Yunusun tədbirin pozdu
Sülh və Demokratiya İnstitunun siyasi məhbusların siyahısının elan ediləcəyi tədbirə icazə verilmədi
məhbusların siyahısını elan etmək üçün keçirməyi planlaşdırdığı tədbirin
qarşısı alınıb. Təşkilatın rəhbəri L.Yunus “Azadlıq”a açıqlamasında
tədbirin keçirilməsi üçün bir neçə gün öncə Bakıda fəaliyyət göstərən üç
mehmanxaya müraciət etdiyini söylədi. Onlar “Diplomat”, “Park İnn” və
“İsr plaza” otelləridir. Hər üç otel tədbirin keçirilməsi üçün məkanın
ayırmağa hazır olduqlarını bəyan ediblər. L.Yunus qiyməti digərlərinə
nisbətən daha münasib olduğu üçün “Diplomat” otelini seçib və oteldən
təsdiq cavabı aldıqdan dərhal sonra ölkəmizdə fəaliyyət göstərən
səfirliklərə dəvət yollayıb. Azərbayca fəaliyyət göstərən 12 diplomatik
nümayəndəlik səfirlər səviyyəsində tədbirə qatılacaqlarını bəyan
ediblər. Amma bu gün saat 14.00-da “Diplomat” otelin nümayəndəsi zəng
edərək L.Yunusa ona tədbir üçün məkan ayıra bilməyəcəklərini söyləyib.
L.Yunus nümayəndə ilə danışıqdan bunun hakimiyyətin göstərişi ilə baş
verdiyini anlayıb: “Mən başa düşmürəm nəyə görə mənə tədbir keçirməyə
imkan vermirlər? Mənim bir çox həmkarlarım asanlıqla tədbirlərini keçirə
bilirlər. Mən isə bu hüquqdan məhrum olunmuşam. Mənim tədbirim
hakimiyyətin siyasi məhbus problemi ilə bağlı sərgilədiyi mövqeyə görə
idi. Dövlət başçısı İlham Əliyev Brüsselə son səfəri zamanı Azərbaycanda
siyasi məhbusların olmadığını bəyan edib. Ona görə biz yanvarın 23-də
Azərbaycandakı siyasi məhbusların sayına dair tədbir keçirməyi qərara
aldıq. Bu tədbirlə biz yerli və xarici ictimaiyyətin diqqətini
Azərbaycandakı siyasi məhbus probleminə yönəltmək istəyirdik. Tədbirdə
siyasi məhbusların sayı ilə yanaşı hər bir şəxs barədə əlavə məlumat
veriləcəkdi. Bu tədbirdə eyni zamanda AŞ PA həmməruzəçiləri Pedro
Aqramunt və Jozef Debono Qrexin Azərbaycandan hakimiyyətindən rüşvət
aldığı vurğulanacaqdı. Məhz həmməruzəçilərin bu cür fəaliyyəti
nəticəsində Azərbaycanda siyasi məhbusların sayı durmadan artır”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3452