Sevgi və Gözəllik Mələyinin möcüzə dünyası
Hər keçən gün, bir gün öncə baş verən bir hadisənin təsadüfi olmadığını bir daha sübut edir, çünki bütün təsadüflər elə zərurətdən doğur. Daha açıq desək, həyatda heç bir şey təsadüfi deyil. Hər bir xırdalıq dəfələrlə ölçülüb-biçilib, insan üçün nəyin yaxşı, nəyin pis olduğuna bundan sonra qərar verilib. Eynilə adlarımız və adların bizim üzərimizdə təsiri kimi. Qədim oğuzlar uşağa adı doğulanda deyil, böyüyüb eldə-obada yerini tutanda verirdilər. Hər kəs əməlinə, yaşamına görə ad alardı. İndi bu adət ortadan qalxıb, amma həyatın zərurəti yenə də özünü göstərir. Bizim yazının qəhrəmanı kimi adı doğulanda alıb bir ömür boyu bu adı doğruldanlar var.
Humay Zahirqızının peşəcə, fəaliyyətcə kim olduğunu qısa şəkildə yazmaq çətin olar. Humay əski mifalogiyada həyatın, xeyrin başlanğıcı, yaradıcı bil inanc məqamı olub, bir gözəllik simvolu kimi düşünülüb. Miflərin nə qədər real olub olmadığını deyə bilmərik, ama üzbəüz həmsöhbət olduğumuz Humay Zahirqızı düşüncəsi, aurası, yaradığılığı ilə bir Humay əfsanəsin gerçəkləşdirmiş oldu bizim üçün. Onu həm də Humay Mələk kimi tanıyırlar. Bu da bir zərurət qanunudur yəqin ki. İnsanlığın zəərəbinlə göründüyü bir zamanda ruhi və cismi gözəlliyin vəhdətini yaşatmaq elə mələk missiyasıdır.
O evin son beşiyi və ən çox sevilən qızıydı. Ədəbiyyata, poeziyaya olan həvəsi onu bir jurnalist kimi yetişdirir. Uşaqlıq illərindən hər kəsin yaddaşına qalan və həkk olunan Mələk Humay! Çox şıltaq, ərköyün, ürəyi sevgi dolu və bir az dəli-dolu… İxtisasca jurnalist olan H.Zahirqızı 18 yaşından etibarən ANS telekanalında, daha sonra ATV-də çalışıb. Növbəti mərhələdə o, “Biznes dünyası” və “Gözəllik dünyası” jurnallarında şef redaktor kimi fəaliyyət göstərib. Daxilindəki yaradıcılıq enerjisi, ruhundakı gözəllik atəşi Humay xanımın söz sehrini rənglər aləmi ilə birləşdirib. O həm də rəssam, unikal əl işlərinin müəllifi kimi cəmiyyətə tanınıb. Müxtəlif ödüllər alan, uğurlara imza atan gənc rəssam, yazar və ecazkar əl işləri hazırlayan Humay Zahirqızı Ulurlararası Aktivist Sənətçilər Birliyinə üzvüdür, Azərbaycanda və Türkiyədə müxtəlif sərgilərdə də iştirak edib və mədəni qurumlar tərəfindən bir neçə mükafata layiq görülüb.
Zövqlüdü, intellektualdı, uğurludur, tamam fərqli düşüncə, yanaşma, ovqat sahib olan Humay xanımla söhbət onun sehrinə düşmək, aurasının əsirinə çevrilməkdir. Əsərləri əsl ekstrimdir, adam çaşıb qalır ki, belə düşünmək üçün nəyi oxumaq, nəyə baxmaq, necə yaşamaq lazımdır? Urbanistika ilə doğmalıq, paytaxtda, sivil ortamda keçən həyat öz sözünü hər addımda deyir. Elə buna görə də, onunla sənət, rəssamlıq söhbətləri etməkdən çəkindim. Söhbətimizin mövzusu öz-özünə müəyyənləşdi. Biz onunla qara geyinən azərbaycanlılardan, zövq və zövqsüzlük tendensiyalarından, stereotiplərdən və daha başqa şeylərdən danışdıq…
– Mələk xanım, uşaqlıq illərinizi necə xatırlayırsınız? Həmyaşıdlarınızdan nə ilə fərqlənmisiniz?
– Uşaqlığım kənd mühitində keçib. Təhsilimi də kənd orta məktəbində almışam. Məktəbdə də dərslərimi yaxşı oxumuşam. Sinifdə əlaçı olmuşam. Demək olar ki, uşaqlıq illərim digər həmyaşıdlarım kimi keçib. Məktəbdə keçirilən bütün yarışlarda iştirak edirdim. ən böyük arzum universitetə qəbul olmaq idi.
– Bildiyimizə görə jurnalistikaya uşaqlıqdan böyük marağınız olub…
– Arzularım sırasında təhsil almaq həmişə ön planda olub. Bunun üçün də, dərslərimi yaxşı oxuyurdum. Orta məktəbi əla qiymətlərlə bitirdim. Müəllimlərim məni ədəbiyyatçı kimi görmək istəyirdi. Səkkizinci sinifdən şeir yazmağa başladım. Orta məktəbi bitiridkdən sonra Bakı Dövlət Universitenin hüquq fakültəsinə daxil oldum. Ancaq arzularımı həyata keçirmək üçün universitete getmədim. Bir il sonra jurnalistika fakültəsinə daxil oldum.Bundan başqa ikinci təhsil olaraq psixoloji təhsili almışam. Bu sahədə araşdırmalarım və yazılarım da var. “Bütün dünyani qaraya bürüyən depresiyya”,”Əxlaqsızlığa aparan yol”…
– Jurnalistika sahəsində ilk iş yeriniz?
– Universitetə qəbul olan il “Azadlıq” qəzetində işlədim . Daha sonra Ans.də işə başladım. Bölgə müxbiri məntəqəsinin müdiri vəzifəsində işlədim uzun müddət.
– Biz Mələk xanımı çox sakit və yolagedən biri kimi tanıyırıq. Bəs Mələk Humay ailədə necə bir insandı?
– Çox şən, pozitiv bir insanam.. Yadımdadı tələbə vaxtı Bakıdan kəndə gedəndə hamı bizə gəlirdi. Bilirdilər ki, mən evdəyəm… Gülüşümün səsinə qonşular yığılardı evə. Xeyirxah insanam. Paxıllıqdan hər zaman uzaq olmağa çalışmışam.
– Çox keçmədi evin kiçik qızı olan bu şirin qızı atası ər evinə yola saldı. Elə hər şeydə o gündən dəyişdi. Hər kəsin gözündə kiçik, şıltaq macəraları ilə ürəklərdə yer tpan Humayı illərdən sonra ailəsi sakit, demək olar ki danışmayan biri kimi gördülər. Nə baş verdi? Mələk xanım necə oldu ki birdən – birə dəyişdi?
– Bu haqda çox danışmaq istəmirəm. Ancaq ailəmə çox minnətdaram. Çətin günlərimdə hər zaman yanımda olduqları və məni anladıqları üçün. Sanki belə bir durumda onlar məndən nə isə soruşmağa ürək etmirdilər. Mən susduqca onlar da susurdu. Xoşbəxt görünməyə çalışırdım. Ancaq çox şükür ki, bu çətin sınaqdan çıxdım.
HAŞİYƏ: Qadın zəif və zərif bir varlıq kimi tanınır. Bəzən qadınların həyat yükü, talenin ağırlıqlarınana tab gətirmədiyini düşünürük. Amma sən demə bu qədər də deyilmiş. Söz adamı Humay xanım həyatın zərbələri qarşısında təslim olmaq düşüncəsindən uzaqdır. Əksinə, o həyatın çətinliklərinə qalib gəlməyin, depressiyyadan çıxmağı yollarından danışır… Humay Mələyi dinləyək və görərik ki, sözün, rəngin gücü ilə sehirli aləm yaradan bu xanım həm də elmin ipini əlində saxlayıb:
Bütün dünyanı qaraya bürüyən depresiya nəzərə çarpmadan yaranır.Əvvəlcə sizə elə gəlirki yüngül yorulmusunuz,sabah hərşey qaydasına düşəcək.Vaxt gedir bataqlıq isə getdikcə dərinləşir.Tədricən ətrafda baş verənlərə qarşı bir süstgünlük yaranır.Ümumi zəiflik,başa ağrıları,ürək və digər orqanlarda ağrılar başlayır,tez-tez bu təngə gətirən varlıqdan yaxa qurtarmaq istəyi yaranır.Əksər hallarda bu vəziyyətdən həkim köməyi ilə çıxmaq mümkün olur.
Depresiya həqiqətəndə bəşəriyyətin geniş yayılmış xəstəliyinə çevrilmişdir.Psixoloqlar belə qənaətə gəliblər ki,depresiya qurbanları əsasən böyük şəhərlərin əhalisi arasında olur. Depresiya elə bir azardır ki,onun müalicədən çox xəbərdarlığa ehtiyacı vardır. Bunu necə etməli?Bir qayda olaraq depresiya vəziyyəti yuxusuzluqla müşaiyət olunur.Yuu ən gözəl müalicədir. Yatmazdan öncə otağın havasını dəyişin və yaxşı olar ki,pəncərənin nəfəsliyini açıq saxlayasınız.Bu kifayər qədər təmiz havanın içəri daxil olmasıdır ki,bu da yaxşı və çox yatmağınıza,səhər isə daha gümrah qalxmağınıza şərait yaradır. Sağlam bədəndə sağlam ruh olur.İdmanla məşqul olun. Bu istiqamətdə qaçış,üzgüçülük,velosiped,və at idmanı,hətta piyada gəzintiləri kömək olur.Əqli iş və fiziki işi növbələşdirin.Bunun üçün bağ evindən istifadə də yerinə düşərdi. Elə bir insan tapın ki,ürəkdən sizinlə həmsöhbət olsun. Əgər elə bir insan tapa bilmirsinizsə yastığı qucaqlayıb ağlayın. Ağlamaq da depresiya zamanı yüngülləşdirir. Çalışın həmin günlə yaşayın,yaraları qanatmayın,umu küsüləri yada salmayın. Gələcəkdən qorxmayın,pis heçnə baş verən deyil.
Şəraiti dəyişin. Meşəyə, kəndə, səyahət edin. Tələsmədən gəzib-dolaşın. Və ya şəhərdə elə yerləri gəzinki orada heç bir zaman olmamısınız. Əgər qapanıb dörd divar arasında oturaraq qüssələnsəniz, depresiya keçən deyil. Bəzən hə şeyi və hamını qulaqardına vurun və doyunca yatın. Ürəyiniz qəbul edən musiqini dinləyin yaxşı maraqlı kitablar oxuyun,qəlbinizə yatan yaradıcılıq işləri ilə məşqul olmağa çalışın.
Qidalanmada olan vərdişlərinizi gözdən keçirin. Şokolad və bananın tərkibində əhvalı yüksəldən endorfinlər vardır. Günəbaxan tumu,qoz, kəpəkli çörək, qarabaşaq, yulaf, paxla-B1 vitamininin mənbəyidir ki,buda sinir sisteminin işinin pozulmasını əngəlləyir. Sağlam və balanslaşdırılmış pəhrizlərdən istifadə etmək lazımdır.Heç vaxt doyunca və ya əhvalınızı yaxşılaşdırmaq xatirinə yeməyin. Belə qidalanma depresiyanı dahada dərinləşdirməyə qabildir.
Yadda saxlayın ki, birçox dərmanlarda depresiya əmələ gətirə bilər,məs,hipertoniya xəstəliyi zamanı qəbul edilən dərmanların bir neçəsi… Qəbul etdiyiniz hər hansı dərman səhhətinizə pis təsir edirsə dərhal dayandırın.İnteryer də psixi cəhətdən insana təsir gostərir. Özünüzü qırmızı əşyalarla əhatəyə alaraq yeni divar kağızları yapışdırmaq, şəraiti dəyişərək mənzildə daha işıqlılıq və genişlik yaratmaqla əhvalınızı yaxşılaşdıra bilərsiniz həyatda qarşınıza məqsəd qoyun və nə olursa olsun inamla irəli getməyə çalışın. Depresiyadan uzaşmağı qarşınıza bir məqsəd kimi qoysanız onun tamamilə həyatınızdan çıxmasına nail ola bilərsiniz!
– Bəlkə qadın kimi xəyanətlə üzləşmisiniz. Bu sizi dərin hüzünə sürükləyib?
– Mən bir xanım kimi həyatımda özümə rəqib görmürəm. Elə buna görə də xəyanət görməmişəm. Bunun üçün Rəbbimə şükür edirəm. Çünki, xəyanət görən xanımlar bu “travma”dan uzun müddət sağala bilmirlər. Məni ağladan, mənim gündüzlərimi də gecə kimi zülmət keçirməyə vadar edən səbəb ailəmin dağılmağı oldu. İnanın buna görə hər şeyimdən oldum. Amma yenə mümkün olmadı, bu evliliyi qurtara bilmədik. Narkotik bizdən güclü oldu….Bəzən sadəcə heç istəmədən dönüb geriyə baxanda özümü yorğun, bənzi solmuş, cins şalvar və krasovkada hansısa bir pilləkəni tələsik qalxan görürəm. Bu pilləkən ya xətəxananın ya da polis şöbsənin olurdu.Yenə də onu xilas edə bilmədim…Güclü, tanınmış idmançı, əsl insani keyfiyyətləri özündə daşıyan bir insanı narkotik yıxa bildi. Həmin ağrılı gecələrimdə ya şer yazırdım, yada hansısa bir naxış yaradırdım. Ona görə bu naxışların hər ilməsi mənə əzizdir.
HAŞİYƏ: Humay Mələk. Həmdə içində dünya boyda sevgi yaşadan adam… Bu sevginin sözlə ifadəsinə bu gözəl xanımın öz dilində diqqət edək…
Mən mələk kimiyəm bəlkə göylərdən,
İstərsən yanıma alaram səni,
İstərsən göylərdən yerə enərəm
Yetərki getme nə olar getmə…
Qanadlı mələyin qoruyar səni…
Hərkəs söylədiki yar tapmayan yarsızsan,
Amma onlar bilmədi mən yar tapan yalnızam…
Nə olar yarımsız buraxma məni…
İster dostum ol, ister yarım ol,
Yetərki getmə heyatimda ol…
– Bildiyimiz qədərilə bir qızınız var. Allah qorusun.
– Amin, Allah razı olsun. Bəli, 7 yaşında Fatimə adlı qızım var.
– Sizə “xoşbəxt qadın” demək olarmı?
– Mən dəhşətli bir həyat yaşadım və uzunn müddət susdum. İndi üzərindən 8 il keçir. Dünayalar gözəli bir qızım var. Həyat davam edir. Şən, gülərüz Mələk yenidən qayıdıb. Artıq itirdiyim dostlarım, müəllimlərim, qonşularım yanımda.. Bu həyat bir sınaqdı. ən əsası bu sınaqdan üzüağ çıxmaq lazımdı. Məncə mən bunu bacardım.
– Həyata keçirə bilmədiyiniz arzularınız varmı?
Dəqiq deyə bilmərəm ki, hansısa arzumu həyata keçirə bilməmişəm. Çünki insan ölənə qədər arzularla yaşayır. Arzu insanın həyatdakı əsas yaşam səbəbidir. Əgər indi mətbuatda tanınmış bir insanamsa, bu mənim üçün böyük xoşbəxtlikdir. Qızım Fatimənin xoş günlərini görmək istəyirəm bundan sonra.
Istəyirəm kor olam, istəyirəm lal olam… Bu dunya isşiğina həsrət qalıb biçare olam… Yollar ayricinda gozu yashli car-nacar olam…Men sensiz icin-icin aqlar olam.Icib serxosh olub azade olam… izine dushub yollarda qerib yolcu olam… Dilenib sevginin dilencisi olam. Qulun olam,kolen olam,men senin qurbanin olam…Bashini dizine qoyub seninle sermestem olam…Gozlerine dalib-dalib bu coshqudan ilham alam…Seni tapmayanda xeyalinla hemdem olam…Geceler sənsiz ,kucelerde serseri olam,deli olam… Eşqinin ateshi ile yanib-yanib kul olam.O mumkunsuz qapini calam.Dillere dastan olam,qezel yazib sher qosham.Bir kunce qisilib xelvet -xelvet aqlayam.Qirilmish Soz olam,sinmish saz olam.Isteyirem mehbeslerde mehbus olam.Nefesini axtaran bir deli ruzgar olam.O qirilmaz qururumu yere atam.Sensizem isteyirem bu dunyadan da yetim olam.Diyar-diyar dolanaraq qerib olam.Susuzluqdan sehralarda dili yanan susuz olam.Ucsuz bucaqsız yollarda derbeder olam.
– Sosial şəbəkələrdə siz bir neçə peşə sahibi kimi tanınırsınız – quramaçı, rəssam, jurnalist, psixoloq…
– (Gülür…) Düzünü deyim, bunlar bir-birinə müəyyən mənada bağlı olan və yaxın sahələrdir və çalışıram ki, daha böyük uğurlar əldə edim, nəsə bir iz qoyum, insanlara da bacardığım yaxşılıqları edim. Mənim ilk peşəm jurnalistika olub. 17 yaşımdan yazmağa başlamışam. ANS-də, ATV-də bölgə müxbiri olaraq çalışmışam. Daha sonra “Gözəllik dünyası” jurnalinda redaktor, şef-redaktor işləmişəm. Buradaca bir məqamı deyim, jurnalistlər ən səmimi peşə sahibləridir, onlar heç zaman bir-birinə pislik etməzlər, badalaq vurmazlar. Mən jurnalist fəaliyyətindən tam uzaqlaşmamışam, imkan olduqca müxtəlif mövzularda yazıram. Düzünü deyim. Ailə həyatı qurduqdan sonra jurnalistikadan uzaqlaşmağa məcbur oldum, çünki o zaman Sankt-Peterburqda yaşayırdıq. Orada yaşadığımız müddətdə rəssamlığa, quramalar düzəltməyə başladım və ilk əl işlərimdən ibarət sərgim də orada təşkil olundu. Orada – “Buta plyus” adlı uğurlu ilk sərgim oldu. O sərgidə Azərbaycan bayrağını muncuqlarla işlədiyim qurma çox ciddi maraq doğurmuşdu… Daha sonra uşaq psixoloqu sahəsinə meylim oldu, çünki əngəlli körpələrə yardım etmək içimdən gəlir. Son olaraq bu sahə üzrə biliklərimi artırıram, inşallah yaxın gələcəkdə bir uşaq psixoloji mərkəzi yaratmaq niyyətindəyəm. Əmək terapisi metodu ilə əngəlli uşaqlara yardım etmək istəyirəm. Həmçinin, müəyyən vaxtlarda yazdığım hekayələr, şeirlərimdən ibarət bir kitab da nəşr etdirmək istəyirəm.
– Bu qədər işləri bir araya necə sığışdıra bilirsiniz? Enerjiniz təəccüb doğurur…
– Düzünü deyim, bir neçə il sanki tənbəlləşmişdim. Həm uşağım körpə idi, həm də sanki bir həyat küskünlüyüm vardı. Amma qısa bir müddət çəkdi bunlar. Düşündüm, ömür də çox qısadır, niyyət etdiyim bütün işləri reallaşdırmalıyam. İndi var gücümlə qarşıma qoyduğum məqsədlərə çatmağa çalışıram. Düşünürəm ki, Allahın izniylə bütün bunlara qısa müddətdə nail olacam. Və sonda bir söz demək istəyirəm: məni incidən bir məqam var; insanın uğurları artdıqca, önə çıxmağa çalışdıqda, niyəsə bizim cəmiyyətimizdə ona çamur atmaq istəyənlər çox olur.
– Daha çox rəsmlə məşğulsunuz, yoxsa əl işləri hazırlamaqla?
– Düzünü deyim ki, rəssamlığa çox da vaxt ayırmıram. Çünki Azərbaycanda çoxları rəssamlığa qaçır. Bu üzdən dekorativ tətbiqi incəsənət nümunələri ortaya qoymaq imkanları olan şəxslər bu sahədən uzaq düşürlər. Bu sahə Azərbaycanda çox zəif inkişaf edib. Mən bu sahədə ciddi işlər görməyə çalışıram. Mənim 42 növ ən müxtəlif təsvirlər olan quramalarım var. Hətta bu sahədə ilkə də imza atmışam, araqçın-qurama hazırlamışam. Bundan başqa, qədim çəkmədə qurama hazırlamışam.
– Xarici sərgilərlə, əcnəbi quramaçılarla maraqlanırsınızmı?
– Düzünü deyim, məni xarici ölkələrdə bu mövzuda təşkil olunan sərgilər çox cəlb edir və imkan olduqca iştirak edirəm, əcnəbi həmkarların qurama növləri, əl işləri və tətbiqləri ilə maraqlanıram, nələrsə öyrənirəm.
– Humay xanım, ən sevdiyiniz əl işiniz hansıdır və niyə məhz o?
– Ən sevimli əl işim “Mənim məhəbbətim” adlanırdı. O, əl işimi balıq qulaqlarından işləmişdim. Maddi sıxıntımız olduğu bir durumda onu satmışdım. İndi də xatırlayıram qızımın əlifba bayramı olacaqdı…
– Gənc həmkarlarınıza hansı tövsiyələriniz var?
– Sənət ürək istəyir. Ona ürəyini verəndə möcüzələr yaranır. Bir sözlə incəsənətə ürəklərini qoysunlar.
– Yekunda sözünüz?
– Mən sizə və kollektivinizə dərin minnətdarlığımı bildirirəm. Mənə xoş oldu. Zəhmət sevər insanları diqqətdə saxlayırsınız. Mənim sənətimə göstərdiyiniz diqqət və qayğı buna bir nümunədir. Təşəkkürlər.
REDAKSİYADAN: Bu söhbətin və auranın sehrindən ayrılmaq çətindir. Heç biz də ayrılmadıq içimizdə Humay Zahirqızı ünvanına bir heyranlıq yaşadaraq onun növbəti sərgisinin zamanının gözləyirik. Oktyabrın 17-də saat 17:00-da Olimpik Strar-da əl işlərindən növbəti sərgi. Sevgi və Gözəllik Mələyinin daha bir möcüzə dünyası….
Short URL: http://www.cumhuriyyet.net/?p=34549