Azərbaycan və Albaniya futbolunda bir ilk

12.10.2015 - 10:07

alazAvropa çempionatının (AÇ) seçmə mərhələsində daha 1 gün arxada qalıb.

Qaynar.info xəbər verir ki, dünən Belçika, Uels və İtaliya millilərinin AÇ-də çıxış edəcəyi dəqiqləşibsə, bu gün D, F və İ qruplarında 4 komandanın da Fransada iştirak edəcəyinə aydınlıq gəlib.

Belə ki, Almaniya Gürcüstanı, Polşa isə öz azarkeşləri önündə İrlandiyanı 2:1 hesabı ilə məğlub etməklə AÇ-də iştirakını rəsmiləşdirib. Farer adalarına və Ermənistana səfərdə 3:0 hesabı ilə qalib gələn Rumıniya və Albaniya milliləri də qitə birinciliyində iştirak edəcək.

Bununla da albanlar İrəvandakı qələbə sayəsində ilk dəfə AÇ-yə vəsiqə qazanıblar. Yeri gəlmişkən, “Qarabağ”ın müdafiəçisi Ansi Aqolli Ermənistana getsə də, cəzalı olduğu üçün meydana çıxmayıb. Bununla belə, Aqolli (təbii ki, qitə çempionatına kimi başqa bir kluba transfer olmazsa – red.) ilk dəfə qitə birinciliyində iştirak etməklə, Azərbaycan çempionatında çıxış edən ilk oyunçu kimi tarixə düşəcək.

Qeyd edək ki, bununla da AÇ-də iştirakı rəsmiləşən komandaların sayı 16-ya çatıb. Onlar bunlardır: Fransa, İngiltərə, İslandiya, Çexiya, Avstriya, Şimali İrlandiya, Portuqaliya, İspaniya, İsveçrə, Belçika, Uels, İtaliya, Rumıniya, Albaniya, Almaniya, Polşa.

Short URL: http://www.cumhuriyyet.net/?p=34550

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930