Xəstəxanalarda al-ver davam edir

20.01.2014 - 19:25

Topçubaşov xəstəxanasında 3 min manata görə xəstəni “öldürürlər”

Topçubaşov xəstəxanasında 3 min manata görə xəstəni “öldürürlər”

 

Səhiyyə naziri Oqtay Şirəliyev nazirlikdə  keçirdiyi son iclasda özəl
klinikalar haqqında ağır ittihamlar səsləndirdi. Nazir 2008-ci ilin
fevralından Azərbaycandakı dövlət xəstəxanalarında pulsuz tibbi müalicə
və müayinəyə keçildiyini də xatırlatmışdı.Dəfələrlə mətbuatda dövlət
xəstəxanalarındakı rüşvətdən yazılsa da, bunun müsbət nəticəsi olmayıb.
Dövlət xəstəxanalarında pulu olmayan xəstəni nəinki müalicə, heç müayinə
də etmirlər.
Zaqatala sakini Məryəm Süleymanova artıq 5 gündür
M.A.Topçubaşov adına Klinik Cərrahiyyə Elmi-Tədqiqat İnstitutun(xalq
arasında bu tibb müəssisəsinə “Eksperimentalni” deyilir) cərrahiyyə
şöbəsində ağır vəziyyətdə yatsa da adıçəkilən xəstəxanada onu əməliyyat
etmək istəmirlər. Xəstənin yaxınlarının Bolgexeber.com-a bildiridiyinə
görə xəstəxananın şöbəsinin həkimi Anar həkim onlardan əməliyyatda
istifadə olunacaq hansısa aparata görə 500 manat istəyib. Ancaq
əməliyyata 2 gün qalmış dövlət xəstəxanasından onlardan daha 2500 manat
pul tələb ediblər. Xəstənin adamları buna etiraz edəndə isə
xəstəxananaın həkimləri ümumiyyətlə xəstəni əməliyyat etməkdən imtina
ediblər və onu başqa xəstəxanaya getməyi məsləhət biliblər.Qeyd edək
ki,xəstənin vəziyyəti get-gedə ağırlaşır. Məsələ ilə ilə bağlı biz
xəstəxananın baş həkimin də mövqeyini öyrənməyə çalışdıq. Lakin
məsələdən hali olan baş həkim öz işçisinin tərəfini tutdu və şöbə
müdirinin düzgün etdiyini bildirdi. Belə çıxır ki,ağır vəziyyətdə olan
xəstə imkanı,pulu olmadığından ölməlidir…
Məsələni diqqətdə saxlayacayıq

Short URL: http://www.cumhuriyyet.net/?p=3458

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031