Avropa yeni təhlükə ilə üz-üzə
“Türkiyə tarixi gerçəkləri,
coğrafiyası, etnik-sosial quruluşu, mənəvi dəyərləri və yeni Dünya
Quruluşundakı vəziyyəti ilə Yeni Avropanın rəqibidir”

coğrafiyası, etnik-sosial quruluşu, mənəvi dəyərləri və yeni Dünya
Quruluşundakı vəziyyəti ilə Yeni Avropanın rəqibidir”
Türkiyənin baş nazirinin sözçüsü, maliyyə analitiki Yigit
Bulut “Star” qəzetində diqqətçəkən bir məqalə ilə çıxış edib. Bundan
sonra dünyada 3 əsas tərəfin olacağını, Türkiyənin Moskva ilə birlikdə
bu tərəflərdən birində təmsil olunacağını yazan müəllif, iddia edib ki,
Türkiyə Avropa ilə birlikdə ola bilməz.
“Bu günlərdə, özəlliklə Türkiyə-Avropa Birliyi (AB) əlaqələrində yeni
pəncərələr açılmadan öncə, bir qeyd etməyi vacib bildim. Avropa, daha
doğrusu “27 parçalıq birlik olmaq” görüntüsü yaradan Avropa “əsas baş
tezisini” dəyişdirir. Belə ki, mövcud quruluş içərisində bəzilərinin
“daşınmaz yük” olduğunu planlaşdıraraq “Yeni Avropa” kimi meydana çıxmaq
istəyir. Bu planın əsl yaradıcıları bəllidir – Almaniya və Fransa.
Əziz dostlar, Almaniya-Fransa xəttində qurulacaq “Yeni Avropa”, daha xristian, daha “kiçik”, amma daha “güclü”olmağı sınayacaq.
Nəticə: 10 il əvvəl Avropanın böyük çöküşünün baş verəcəyini söyləyəndə
“bu ola bilməz” deyənlər, yenə həmin fikirlərini təkrarlayacaqlar. Ancaq
onu demək istəyirəm ki, Türkiyənin də qatılmaq istədiyi “Avropa
Birliyi” təssəvvür etdiyimiz halı ilə bitib. Avropanın əsla birlik
olmadan iqtisadi çöküş səbəbindən bitəcəyi tezisimin üstündə bir daha
dururam. Onu iddia edirəm ki, bundan sonrakı Yeni Dünyada üç əsas tərəf
olacaq.
1. Amerika Birləşmiş Ştatları.
2. Türkiyə-Moskva xətti və onun periferiyaları.
3. Çin, Hindistan, İran.
Türkiyə yüksək dövlət vəzifələrindən tutmuş, cəmiyyətin ən kiçik
hissələrinə qədər, bu gerçəyi anlamalı və qəbul etməlidir ki, Türk
dövləti ilə Avropa Birliyi əlaqələri “bizi oynatdıqlarını zənn
etdikləri” formada davam edə bilməz. Bu yolda Türkiyə qətiyyən AB üzvü
ola bilməz. Türkiyə tarixi gerçəkləri, coğrafiyası, etnik-sosial
quruluşu, mənəvi dəyərləri və yeni Dünya Quruluşundakı vəziyyəti ilə
Yeni Avropanın rəqibidir. Yəni, kürəsəl quruluş içərisində olan “üç
mərkəzdən biri olmağa ən güclü namizəddən” biridir və Avropa kimi bitən
bir yerdə özünü xərcləməməlidir.”
Short URL: http://www.cumhuriyyet.net/?p=3465