Amerikalı politoloq 20 yanvarı şərh edir

20.01.2014 - 21:55
“Bu
hadisə Azərbaycan millətinin yenidən dünyaya gəlməsi idi”

 
Görkəmli Amerika politoloqu, Sovet millətləri üzrə ABŞ dövlət
katibinin sabiq müşaviri Pol Qobl 20 yanvar hadisələrini Azərbaycan
xalqının tarixində ən mühüm olaylardan biri kimi dəyərləndirir.  Onun
sözlərinə görə həmin məşum gecə Azərbaycan xalqı üçün travmatik olsa da,
Azərbaycan türklərinin öz milli kimliklərini dərk etməsində böyük rol
oynadı. “Həmin qırğından sonra Azərbaycan xalqı artıq müstəqilliyin
zəruriliyini dərk etməyə başladı,” deyə Pol Qobl 20 yanvarın
əhəmiyyətini şərh edir. 

İki il öncə Amerkanın Səsinə verdiyi müsahibədə Qobl 20 yanvar haqda
şəxsi təəssüratlarını paylaşır və bu olayın Qərb icması tərəfindən necə
qəbul edilməsini nəql edir.  Onun sözlərinə görə informasiya müxtəlif
Qərb infomrasiya vasitələri ilə yavaş-yavaş sızmağa başladı.  Ümumən
Qərbdə Sovet millətləri haqda geniş təsəvvür yox idi və bu sahədə
ixtisaslaşana ekspertlərin sayı cüzi idi. 

Bakıda baş verənlər dünyanı elə dəyişdi ki, artıq geriyə yol
qalmamışdı… Bu olaydan sonra heç bir azərbaycanlı öz millətinin Moskva
tərəfindən idarə olunmasına razı ola bilməzdi.

Pol Qoblun sözlərinə görə, Sovet hökuməti bu olayı ört-basdır etməyə
çalışsa da Azərbaycan xalqının ümumi reaksiyasından bəlli oldu ki, Bakı
şəhərində cinayət törədilib, günahsız insanlar qırılıb. 20 yanvardan uzun müddət keçib və bu gün bir çox azərbaycanlı gənclər
həmin vaxt dünyaya gəlməmişdilər.  “Amma onlar dərk etməlidirlər ki, bu
hadisə Azərbaycan millətinin yenidən dünyaya gəlməsi idi,” deyə Qobl
bildirir.

Short URL: http://www.cumhuriyyet.net/?p=3468

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930