Qusarda deputat qiyamı

20.01.2014 - 23:00

Azər Badamova qarşı 10 min seçici imzası yığılacaq

Qusar rayon sakinləri
deputatlarından narazılıq edirlər. Bununla bağlı cumhuriyyet.az=ı bilgiləndirən rayon vətəndaşının sözlərinə görə, 51 saylı seçki dairəsindən
mandat almış Azər Badamovun fəaliyyətsizliyi, həmçinin sakinlərin onu
tapa bilməməsi Qusar camaatında narazılıq yaradıb. Onu da bildirək
ki, Azər Badamov 2010-cu ildən deputat seçilsə də, onun səsini eşidən
olmayıb. Doğrudur, son günlər deputat mətbuatda görünməyə çalışır. Amma
müxalifətin əleyhinə bir-iki kəlməlik çıxışları ilə özünün varlığını
sübuta yetirmə cəhdi qusarlılar tərəfindən ciddi qınaqla qarşılanır.
Qusar rayon sakinlərinin cumhuriyyet.az-a dedikləri: “Azər Badamovu hələ də axtarırıq, tapa bilmirik.
İndi onun xəbərini eşidirik ki, müxalifəti söyür. Söysün, amma bir dəfə
də heç olmasa qusarlıların dərdindən danışsın. Bu gün hələ də Qusarda
pay torpaqları problemi var. Yerli camaat torpaqsız qalıb, kənardan
gələn arxalı şəxslər istədikləri qədər torpaq alırlar”.
Sakinlər
cumhuriyyet.az-a bildirir ki, onlar artıq Azər Badamovun mandatının əlindən alınması üçün
imza toplama kampaniyasına da start veriblər: “Artıq 1000-ə yaxın
seçicinin imzası var. Azər Badamov burada az səslə deputat oldu. Biz isə
ona qarşı 10 min seçici səsi yığmaq istəyirik və bunu Mərkəzi seçki
komissiyasına göndərəycik ki, mandatını əlindən alsınlar və Qusarda
təkrar seçkilər keçirilsin”.
Qarşı tərəfi də dinləməyə hazırıq…

Short URL: http://www.cumhuriyyet.net/?p=3470

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930