İraqdan Rusiyaya açıq terror təhdidi

21.01.2014 - 00:05

“Volqoqraddan sonra növbəti hədəf Soçi olacaq”

 
İraqdan
olan terror qruplaşması Volqoqraddakı partlayışın bütün məsuliyyətini
öz üzərinə götürüb. Rusiya mediasının verdiy xəbərə
görə, İnternetdə yayılmış məlumatda “Ənsər Əl-Sünnə” qrupunun üzvləri
Süleyman və Abdülrəhman terroru özlərinin törtdiklərini etiraf ediblər.
Həmin şəxslərin soyadları göstərilmir.
 

Qeyd
edək ki, “Ənsər Əl-Sünnə” İraqda yaradılmış əsasən kürd və ərəb
internasionalistlərindən ibarət hərbi qrupdur. Terror qrupu artıq 10
ildir ki, fəaliyyət göstərir. Sözügedən videoda qrup üzləri əllərində
bomba hazırlaya-hazırlaya növbəti hədəflərinin Soçi olacağını bildirir.
Həmin şəxslərin rus dilində danışmaları diqqət çəkir.

Xatırladaq ki, dekabrın 29 və 30-da Volqoqradda törədilmiş terror zamanı 34 nəfər həlak olmuş, 100-ə yaxın adam yaralanmışdır.
 
 

Short URL: http://www.cumhuriyyet.net/?p=3474

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930