Putindən şok açıqlamalar

21.01.2014 - 00:34

Geylərlə yoldaşlıq edən Rus prezidenti BBC müxbirinə ürəyin açıb

Geylərlə yoldaşlıq
edən Rus prezidenti BBC müxbirinə ürəyin açıb

Rusiya prezidenti
Vladimir Putin BBC icmalçısı Andrew Marr-a bildirib ki, onun geylərlə yoldaşlıq
münasibətləri var. Soçidə korrupsiya barədə suala cavabında isə prezident
olimpiya layihəsi çərçivəsində heç bir korrupsiya əlamətləri görmədiyini
bildirib. Andrey Marr Vladimir Putinə bir neçə sual verib: Doğrudanmı Rusiyada
seksual azlıqlara münasibət Qərbdəkindən prinsipial şəkildə fərqlənir? Putin
şəxsən hesab edirmi ki, adamlar sonradan gey olmurlar, gey kimi doğulurlar?
Homoseksual təbliğatın qadağanına onun şəxsi münasibəti necədir?

Geylərə
rəğbət

“Mən adamların
anadangəlmə, yoxsa sonradan homoseksual olmaları barədə sualınızın birinci
hissəsinə cavab verə bilməyəcəyəm. Bu barədə sanballı cavabım sadəcə olaraq
yoxdur” – deyə gülümsəyib prezident. Rusiya prezidenti BBC, ABC News, CCTV,
Rossiya-1, ORT və Around the Rings informasiya agentliyinin jurnalistlərinə
təfərrüatlı televiziya müsahibəsi verib, bundan sonra isə BBC müxbiri Andrey
Marr-la ayrıca söhbət edib. “Diqqənizi belə bir məqama çəkmək istərdim ki,
dünya ölkələrinin üçdə birindən çoxunda olduğu kimi Rusiyada qeyri-ənənəvi
seksual oriyentasiyaya görə cinayət məsuliyyəti yoxdur. Dünya ölkələrinin 70-də
homoseksuallıq üçün cinayət məsuliyyəti nəzərdə tutulub. 7 ölkədə buna görə
ölüm cəzası var” – deyə bu dəfə prezident üzündə daha ciddi ifadə ilə danışıb.
Bundan sonra Marr Putinin homoseksuallar məsələsinə şəxsi münasibətini
dəqiqləşdirməyə çalışıb.

Yeni qanun haqqında
danışarkən Putin aydınlıq gətirib ki, söhbət təbliğatın qadağanından gedir:
“Həm də burada söhbət təkcə homoseksualizmin təbliğatının yox, uşaqlara
qarşı təcavüzün qadağanından gedir. Lakin bu, adamların özlərinin seksual
oriyentasiyalarına görə təqib edilməsi deyildir. Bunlar, bizdə deyildiyi kimi,
iki fərqli məsələdir”. Prezidentin fikrincə, Rusiyada qəbul edilmiş qanun
“heç kimə toxunmur”. Andrey Marr prezidentdən həmçinin Rus Pravoslav
kilsəsinin homoseksuallığa görə cinayət məsuliyyətinin bərpa olunmasına dair
təklifinə münasibət bildirməsini xahiş edib. “Bizdə kilsə qanunla dövlətdən ayrıdır.
Və kilsənin öz nöqteyi-nəzərinə malik olması üçün hüququ var – deyib Vladimir
Putin – demək olar ki, dünyanın bütün ənənəvi dinləri bu məsələdə həmrəy mövqe
tutublar. Məgər Roma kilsəsinin bu məsələdə mövqeyi Rus Pravoslav kilsəsinin
mövqeyindən fərqlənirmi? Yoxsa İslam qeyri-ənənəvi seksual oriyentasiyaya malik
insanlara başqa cür münasibət bəsləyir?”

Rusiyada geylərin
vəziyyəti barədə söhbətinə davam edərkən prezident qeyd edib ki, Olimpiadaya
qonaq və ya iştirakçı qismində gəlmək istəyən belə qeyri-ənənəvi seksual
oriyentasiyası olan insanlar üçün heç bir təhlükə yoxdur: “Qeyri-ənənəvi
oriyentasiyası olanlar bizdə özlərini ikinci dərəcəli insan kimi hiss edə
bilməzlər, çünki onlara qarşı ayrı-seçkilik yoxdur”. Bu məqamda Putin öz
fikrini aydınlaşdırmaq üçün Britanıya auditoriyasının başa düşəcəyi misal
gətirib: “Əgər belə adamlar, məsələn, Elton John kimi görkəmli nailiyyət
qazanırlarsa, bizdə onları sevirlər. Bizdə onun oriyentasiyasına baxmayaraq
milyonlıarla insan Elton Johnu sevir”.

“Mənim üçün
insanın seksual oriyentasiyası mühüm deyil. Mən özüm şəxsən bəzi belə adamları
tanıyır və onlarla münasibət saxlayıram” – deyə etiraf edib Rusiya lideri. “Mən
bir neçə belə adamı onların seksual oriyentasiyasına görə yox, gördükləri
işlərin nəticələrinə görə təltif də etmişəm” – deyə Putin əlavə edib. “Əgər
müğənni Elton John və ya aktyor Ian McKellen Rusiyaya gəlsəydilər, onlarla
ünsiyyətdə olardımı” sualına Putin “əlbəttə” cavabını verib.

Olmayan korrupsiya
əlamətləri

Beynəlxalq Olimpiya
Komitəsində Soçi Olimpiadasına hazırlıq zamanı irimiqyaslı korrupsiyanın
(məsələn Bazeldə komitə üzvlərindən biri 18 milyard dollar rəqəmini göstərib)
baş verməsi barədə gedən söhbətlərə dair sualın cavabında Putin “bu belə
deyil” deyə cavab verib. “Birincisi İsveçrədə bu barədə danışılmayıb.
İkincisi, əgər kimdəsə korrupsiya halları barədə konkret məlumatlar varsa, bizə
obyektiv informasiya versin. Biz buna sevinərik və minnətdar olarıq, bu sahədə
qayda-qanun yaradarıq. Lakin hələlik bizə söz-söhbətdən başqa heç kim heç nə
təqdim etməyib” – deyib Putin. “Soçi layihəsinin icrası çərçivəsində biz
hələlik hansısa böyük, itrimiqyaslı korrupsiya halları görmürük, – bildirib
prezident – icraçı və podratçıların qiymətləri qaldırmaq cəhdləri var. Lakin
bu, bütün dünya ölkələrində baş verir. Bizim vəzifəmiz isə qiymətləri endirmək
və layihənin keyfiyyətli icrasına nail olmaqdır”.

Ambisiyalar və
təhlükəsizlik

Bundan sonra Rusiya
lideri diqqəti Soçi Olimpiadasının başqa bir aspektinə yönəldib:
“Məsələnin mənəvi aspekti də var. Burada nədənsə çəkinmək və ya utanmaq
lazım deyil. SSRİ dağılandan, Qafqazda baş verən ağır və qanlı hadisələrdən
sonra cəmiyyətin ümumi əhvalı bərbad idi”.

“Bizə özümüzə
gəlmək lazımdır. Biz başa düşməli və hiss etməliyik ki, nəhəng, miqyaslı layihələri
həyata keçirə bilərik – deyib prezident və əlavə edib ki, “Soçi
Olimpiadası hansısa ambisiyaların təmin olunması xatirinə keçirilmir”. “Təhlükəsizliyin
təminatı üçün hüquq-mühafizə və təhlükəsizlik orqanlarının 40 min əməkdaşı
hərəkətə gətiriləcək” – deyib prezident. “Ümidvaram bu elə bir şəkildə
ediləcək ki, gözə çarpmasın, Olimpiada iştirakçılarını sıxmasın” – deyə əlavə
edib Vladimir Putin.

Dördüncü müddət?

Müsahibə zamanı
Andrew Marr Vladimir Putindən soruşub ki, o yenidən seçkilərə getmək barədə
düşünürmü, beynində belə bir fikir yetişirmi? “Ambisiyaya gəlincə, bu
barədə danışmaq hələ tezdir. Başa düşürsünüzmü, indi 2014-cü ildir, seçkilər
isə 2018-ci ildə olacaq. İşləmək lazımdır. Vaxtı gələndə bəlli olar, baxarıq” –
deyib dövlət başçısı. BBC müxbirinin xahişi ilə Putin həmçinin belə bir fakta
münasibət bildirib ki, bu yaxınlarda onu nüfuzuna görə dünyanın üçüncü şəxsi
elan ediblər və o, hətta bu sırada Roma Papasını da geridə qoyub. “Siz
prezidentlikdən cana yığılan adama bənzəmirsiniz” – deyə qeyd edib Marr.

“Bu reytinqlərə
çox da fikir verməyə dəyməz – deyib Putin, – heç bir dünyəvi şəxs Roma Papasını
keçə bilməz”. “Siyasətlə məşğul olan insan üçün ən pisi və ən təhlükəlisi
odur ki, o, öz kreslosundan yapışıb dursun və yalnız bu barədə düşünsün. Bu
halda iflas qaçılmazdır. Çünki daim yanlış addım atmaqdan qorxacaqsan. Bu
barədə düşünmək lazım deyil, öz işinin nəticəsi barədə düşünməlisən. Sonra hər
şey bəlli olar” – deyib Rusiya lideri.

“Gülərüz ayı”

BBC icmalçısı
həmçinin Vladimir Putindən Rusiyada dalbadal verilən amnistiyaların səbəbini
soruşub. “Tənqidçilərin fikrincə, rus ayısı sifətinə təbəssüm maskasını
Soçinin xətrinə taxıb və Oyunlar qurtarandan sonra hər şey öz yerinə qayıdacaq.
Məni maraqlandıran isə budur ki, rus ayısının ürəyində azacıq da olsa
liberalizm varmı və biz bunu gələcəkdə də görəcəyikmi? – deyə soruşub Marr.

“Siz məndən
necə bir cavab eşitmək istəyirsiniz?” – gülümsünüb prezident. “Mən sizdən
“mən xeyirxah, liberal bir prezidentəm, baxışlarımı dəyişmişəm və məndən
heç kəs qorxmamalıdır” cavabını eşitmək istərdim” – deyib jurnalist. “Düzdür.
Elə belə də var” – söyləyib Putin.

Bununla yanaşı,
Vladimir Putin əlavə etməyi lazım bilib ki, amnistiya barədə qərarı o yox,
Rusiya parlamenti qəbul edib və qanun Olimpiada öncəsi yox, Rusiya
Konstitusiyasının 20 illik yubileyi münasibətilə qəbul olunub: “Amnistiya
haqqında qərarı mən yox, parlament qəbul edib. Mən, sözsüz, bu təşəbbüsü
dəstəkləmişəm və hesab edirəm ki, bu düzgün qərar olub”. Putin jurnalistlərə
həmçinin yaxşı idman formasını necə saxladığı barədə danışıb: “Burada heç
bir möcüzəli həb yoxdur. Mən hər gün bir az məşğul oluram. Dünən gecə saat
ikinin yarısınadək burada xizək sürmüşəm. Səhərdən idman zalında məşğul
olmuşam. Hər gün praktik olaraq min metrlik məsafəyə üzürəm. Xüsusi olaraq heç
bir şey yoxdur, lakin sistem var. Bilsiriniz, bizlərdə belə bir el deyimi var:
toyuq buğda-buğda dənləyir”.

Çin teleşirkətinin
müxbiri Rusiya liderindən soruşub ki, o pensiyaya çıxdıqdan sonra “kinoda
yaraşıqlı oğlanlar roluna çəkiləcəkmi?” Prezident cavab verib: “Çətin. Ola
bilsin, xokkey oynayacağam”. “Mən iki il yarım bundan əvvələdək heç
konkilərin üstündə dura bilmirdim. Bu gün isə, özünüz də gördünüz ki, nəsə edə
bilirəm. Əgər pensiyaya çıxsam, xoşladığım şeylərlə məşğul olacağam” – deyib
Putin.

Şotlandiya və Gömrük
İttifaqı

Britaniya jurnalisti
Soçini öz doğma yurdu olan Şotlandiyanın dağları ilə müqayisə edib və Rusiya
prezidentindən xahiş edib ki, bu il öz müstəqilliyinə dair referendum keçirəcək
Şotlandiya barədə baş nazir Kamerona məsləhət versin. “Bu bizim işimiz
deyil. Bu Böyük Britaniyanın daxili problemidir. Məncə hər bir xalqın öz
müqəddaratını təyinetmə hüququ olmalıdır” – deyib Putin. “Bəlkə
şotlandları öz Gömrük İttifaqınıza dəvət edəsiniz” – deyə jurnalist Marr sual
edib. “Bəli, mən belə bir imkanı istisna etmirəm” – deyə gülüb Putin.

 

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3475

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2024
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930