Obamadan narkotikaya yaşıl işıq
marixuana spirtli içki qədər təhlükəli deyil”
istehsalından daha təhlükəsiz olduğunu düşünür. Ancaq prezident öz
qızlarına deyib ki, marixuana kimi maddələrdən istifadəni dəstəkləmir. New Yorker jurnalına geniş müsahibəsində cənab Obama cavanlıqda
marixuana çəkdiyini etiraf edib və bunun çox pis vərdiş və günah
olduğunu indi anladığını deyib. Ancaq o, bildirib ki, belə maddələri
çəkmə ilə siqarət çəkmə vərdişi arasında heç bir fərqi yoxdur. O, bunu
uzun müddət siqarət çəkmiş bir insan kimi söylədiyini vurğulayıb.
Prezident Obama deyib ki, fərdi istehlakçılara təsiri baxımından
marixuana spirtli içki qədər təhlükəli deyil. Ancaq o, bunların heç
birini məsləhət görmədini də dilə gətirib. Xatırladaq ki, Birləşmiş Ştatlar marixuananın cinayət tərkibi və
istifadəsi barədə debatları davam etdirir. Federal qanunlar hələ belə
maddələri qeyri-qanuni hesab etsə də, bəzi ştatlar artıq onlardan tibbi
məqsədlərlə istifadəyə, Kolorado və Vaşinqton ştatları isə daha irəli
gedərək marixuananın ictimai satışına icazə verib.
Short URL: http://www.cumhuriyyet.net/?p=3477