“Əl-Qaidənin ən böyük hədəfi
“Ağ Ev” partladılmalıdır”
“Əl-Qaidənin ən böyük hədəfi
Ağ Evin partladılmasıdır”. Bu
barədə ingilis qəzeti “Daily Telegraph” məlumat verir. Əl-Qaidə yüzlərlə avropalı cihadçıları Suriyada yetişdirir. Ölkələrinə
dönən cihadçılar burada terror hücumlarının təşkilini həyata keçirməkdə mühüm
rol oynayırlar.
Əsasən Əl-Qaidə avropalı gənclərə bombaların hazırlanmasını,
yerləşdirilməsini öyrədir. “Daily Telegraph” qəzeti
cihadçıların ən çox göndərildiyi ölkə İngiltərənin olduğunu yazır.Böyük
Britaniya kəşfiyyatı avropalı cihadçıların geri qaytarılması yollarını
araşdırır.
Qəzetin cihadçılardan bəzilərindən aldığı müsahibələrdə
ABŞ-da, Avropada və dünyanın digər yerlərində törədilən terror aktlarından
qürur hissi keçirdiyləri bildirilir. Əl-Qaidənin ən böyük hədəfinin isə Ağ Evin
partladılması olduğu deyilir. Qəzetdə Suriyaya 500 ingilisin getdiyini və orada
beyinlərinin yuyulduğu qeyd edilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=3478