İşığın və suyun qiyməti qalxacaq
“Azərenerji”
və “Azərsu” Tarif Şurasına müraciət edib
“Azərenerji”
və Azərsu” Tarif Şurasına müraciət edib
Fevralın
1-dən etibarən Azərbaycanda içməli suyun istehlakı və çirkab sularının
axıdılmasına görə yeni tariflər elan olunacaq. Bu barədə
etibarlı mənbədən aldığımız məlumata görə, hazırda “Azərsu” Açıq Səhmdar
Cəmiyyətinin tariflərlə bağlı Tarif Şurasına ünvanladığı təkliflərə baxılır.
Mənbəmizin bildirdiyinə görə, içməli su və çirkab sularına görə tariflərin
dəyişdirilməsi mütləqdir. Hazırda istehlakçılar suyun 1 kubmetrinə görə 30
qəpik, çirkab sularına görə 6 qəpik (cəmi 36 qəpik) ödəyir. Tarif Şurasının bu
məbləği 50 qəpiyədək qaldıracağı gözlənilir. “Azərsu” rəsmiləri yanacağın
bahalaşmasından sonra bütün digər sahələrdə bahalaşmanın müşahidə olunduğunu və
bu mənada suyun köhnə qiymətlərlə verilməsi şəraitində bir sıra layihələrin
icrasının mümkünsüz olduğunu bildiriblər. Məlumatlı mənbə paytaxtın içməli su
ilə fasiləsiz təminatı ilə bağlı layihənin başa çatdırılmasındakı gecikmənin də
əsas arqumentlərdən biri olduğunu vurğuladı.
Aldığımız başqa bir informasiyaya görə, parallel olaraq “Azərenerji”nin də
Tarif Şurasına müraciəti var və suyun sərfiyyatına görə yeni tariflərin
müəyyənləşdirilməsi ilə eyni vaxtda elektrik enerjisinin qiymətində də
bahalaşma gözlənilir.
Short URL: http://www.cumhuriyyet.net/?p=3479