Səttar Mehbalıyevin yalanı ifşa olundu
Ölkənin “baş prafkom”unun bəhs etdiyi şirkət
Rusiyada fəaliyyət göstərirmiş
Ölkənin “baş prafkom”unun bəhs etdiyi şirkət
Rusiyada fəaliyyət göstərirmiş
Azərbaycan
Həmkarlar Ittifaqları Konfederasiyasının (AHIK) özünü yandıran Qarabağ qazisi
Zaur Həsənovla bağlı yaydığı açıqlama təsdiqini tapmayıb. AHIK
yanvarın 10-da yaydığı açıqlamada iddia edirdi ki, uçurulmuş kafe Zaur Həsənova
məxsus deyilmiş və ora çəkilən xərclərin də ona aidiyyatı olmayıb. Qurum
kafenin “Edis Group” şirkətinə məxsus olduğunu bildirirdi. Buna əsas kimi isə
adıçəkilən şirkətin 2011-ci il avqust ayında Ali Məhkəməsinə əlavə kasasiya
şikayətini göstərirdi.
Həmin şikayətdə kafenin “Edis
Group”a məxsus olduğu qeyd olunurdu. Lakin bu şikayət əsaslı sayılmayıb və
“Edis Group” məhkəmə tərəfindən Zaur Həsənovun “obyekti”nə sahib kimi
tanınmayıb. AHIK isə bu faktı gizlədib. Bununla bağlı “Bizim Yol” qəzetinin
apardığı araşdımalara görə, eyni adlı şirkət Rusiya Federasiyasında da
mövcuddur. Şirkət taxta-şalban, mebel və parket satışı ilə məşğuldur. Rusiyada
bu artıq brend şirkət sayılır. Başında da Eqor Qushetskiy durur. Amma eyni adlı
şirkətin Azərbaycanla iş ortaqlığı və filalı yoxdur. “Edis Group” Azərbaycanda
02.04.2008-ci il tarixində 300 manatlıq nizamnamə kapitalı ilə hüquqi şəxs kimi
dövlət qeydiyyatından keçib. 2012-ci maliyyə ili üçün də müvafiq hesabatını verib.
Şirkətin sahibi isə Məmmədov Samir Arif oğludur. Amma nə bu ad soyadlı şəxsin,
nə də şirkətin nə işlə məşğul olması barədə internet resurslarında məlumat
yoxdur. S.Məmmədovun adı isə bir neçə məhkəmə prosesində cavabdeh kimi
ayrı-ayrı kreditor qurumlara olan borcun qaytarılması iddiası üzrə keçir.
Sözügedən şirkətin hüquqi ünvanı olan AZ1023, Bakı şəhəri, Səbail rayonu,
Salyan şossesi, ev 35-a da isə, “Edis Group Az” adında başqa bir məhdud
məsuliyətli cəmiyyət də 100 manatıq nizamnamə kapitalı ilə 31.03.2009-cu ildə
qeydiyyatdan keçib. Bu şirkətin sahibi isə Əşrəfov Vaqif Əliağa oğludur.
Internet resurslarında bu şirkətin də nə işlə məşğul olması və sahibi barədə
məlumat yoxdur.
Habelə Azərbaycanda S.Məmmədovun həmtəsisçiliyi ilə və faktiki hüquqi varisi
olduğu başqa bir şirkət də var. Bu 16.04.2012-ci il tarixində min manatlıq
nizamnamə kapitalı ilə qeydiyyatdan keçmiş “EFFEKT-E.S.M.S. HOLDINQ” Məhdud
Məsuliyyətli cəmiyyətdir. Holdinqin təsisçiləri Məmmədov Samir Arif oğlu,
Əliyev Rübayil Səbirulla oğlu, “AMAL+A” Məhdud Məsuliyyətli Cəmiyyəti, “EDIS
GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti, “PIRAMIDA-F.R.”Məhdud Məsuliyyətli
Cəmiyyəti, “KOMPAS” Məhdud Məsuliyyətli Cəmiyyəti və Abdullayev Cavid Məzahir
oğludur.
Beləliklə məlum olur ki, əslində AHIK-in arqument kimi ortaya atdığı “Edis
Group” ciddi bir şirkət deyil və ciddi bir işlə də məşğul deyil.
Short URL: http://www.cumhuriyyet.net/?p=3480