Təhsil Nazirliyində özbaşnalıqlar davam edir

21.01.2014 - 12:08

Məcburi köçkün Müşfiqabad qəsəbəsindəki orta məktəbdə yoxlama aparılmasını istəyir

 

Cəbrayıl rayonundan olan məcburi köçkün Nazilə Fərhadova şikayət
məktubunda qızı Aygün Cavadovanın yaşadığı problemlərdən bəhs edir.
Şikayətçi yaşadıqları problemlərə görə Cəbrayıl rayon təhsil şöbəsinin
müdiri Validə Həsənovanı ittiham edir:
“Məlum olduğu kimi, məcburi
köçkünlər üçün şəhərciklər salınır. Qaradağ rayonu, Müşfiqabad
qəsəbəsinə köçürülənlərdən biri də qızımın ailəsidir. Qızım Aygün
Binəqədi rayonu, 246 saylı litseydə 14 ildir idman müəllimi işləyir. O,
məktəbli qızı və 5 yaşlı övladı ilə məktəbin yolları arasında qalıb. Hər
səhər yaşadığı qəsəbə ilə işlədiyi məktəb arasındakı 2 saatlıq yolu qət
etməli olur. Qızını məktəbə qoyur, oğlunu da kiməsə tapşırıb iki
marşrut dəyişərək, məktəbə tələsir. Amma qızımın yaşadığı qəsəbədə yeni
məktəb tikilib və sentyabrın 16-da həmin məktəbin açılışı olub. Qızım
həmin məktəbə dəyişmək üçün avqustun 23-də Cəbrayıl Rayon Təhsil
Şöbəsinin müdiri Validə Həsənovaya müraciət edib. Validə Həsənova ona
deyib ki, şəhər məktəbində işlədiyi üçün qızım nazirliyə müraciət
etməlidir. Aygün də avqustun 26-da Təhsil Nazirliyinə rəsmi ərizə ilə
müraciət edib. Lakin 6 aydır ki, bizi süründürürlər. Sentyabrın sonunda
mən Kəmalə xanımla görüşəndə, o dedi ki, lazımi sənədləri gətir,
göndəriş verək. Sənədləri aparanda öyrəndim ki, Validə Həsənova Kəmalə
xanıma yer olmadığı üçün qızıma göndəriş verilməməsini tapşırıb. Fərzəli
Qədirovun qəbulunda da iki dəfə oldum. O da mənə söz versə də, əməli
nəticəsi olmadı. Sonuncu dəfə Fərzəli müəllim Validə xanımın  müəllim
yeri olmadığını söylədiyini bildirdi. Halbuki, o məktəb yeni açılıb və
idman müəllimi kimi ora ilk dəfə qızım müraciət edib. Validə müəllimə
vakant yerləri gizlədərək nazirliyə göndərməyib. Bütün müəllimləri də
özü qəbul edib. O, həmin müəllimlərin təcrübəsi olub-olmadığına
əhəmiyyət vermir. Həmin məktəbdə dəfələrlə olsam da, idman müəllimi
görməmişəm. Müəllimlərin hamısını məktəbə Validə Həsənova  təyin edir.
Mən təhsil naziri Mikayıl Cabbarova səslənirəm. Qəsəbədəki həmin məktəb
yoxlanılsın və üzləşdiyim problem həllini tapsın”.
Qeyd edək ki,
təhsil şöbəsinin müdiri Validə Həsənovanın da deyilənlərlə bağlı
fikirlərini öyrənməyə çalışdıq. Lakin çoxsaylı zənglərimizə baxmayaraq,
cavab verilmədi.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3483

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

İyul 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
293031