Səfər Əbiyev kimdən şübhələnir?

21.01.2014 - 12:14

Cəsur Sümərənli: “Səfər Əbiyev Baş Qərargah rəisi Nəcməddin Sadıqovu və onun nəzarətində olan qrupu nəzərdə tuta bilər”

 

Üzeyir Cəfərov: “Yaxşı olar ki, Səfər Əbiyev nəzərdə tutduğu dairələrin adını açıqlasın”

Müdafiə naziri Səfər Əbiyev vəzifəsindən azad olunduqdan sonra
haqqında müxtəlif məlumatlar səsləndirildi, ona qarşı ciddi ittihamlar
meydana çıxdı. Hətta Qarabağ qazisinin özünü yandırmasında da Səfər
Əbiyevin adı hallandı. Belə məlumatlar yayıldı ki, Qarabağ qazisi Zaur
Həsənovun özünü yandırma səbəblərindən biri kimi Səfər Əbiyevə yaxın
şəxslər tərəfindən idarə olunan “Edis Qroup” şirkətidir.
Səfər Əbiyev bu ittihamdan sonra susmadı və mətbuata açıqlama verdi.
O,
sözü gedən yazıda onun adı ilə əlaqələndirilən “Edis Qroup” şirkəti ilə
heç bir əlaqəsi olmadığını, ümumiyyətlə bu şirkət barəsində birinci
dəfə eşitdiyini deyib: “Mən bu məlumatların hansı mərkəzdən idarə
olduğunu yaxşı bilirəm. Mənim hər hansı bir xarici şirkətlə əlaqəm
yoxdur. Haqqımda yazılan həm bu həm də digər dəqiqləşdirilməmiş
xəbərlərə görə təəssüf edirəm”.
Göründüyü kimi Səfər Əbiyev ona qarşı kampaniya aparanların kimliyindən xəbərdardı və onlara mesaj göndərir.
Bəs, Səfər Əbiyev hansı mərkəzləri nəzərdə tutur?

“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin direktoru
Cəsur Sümərinli bildirdi ki, burda söhbət daxili və xarici mərkəzlərdən
gedir: “Hesab edirəm ki, burada iki mərkəzdən söhbət gedə bilər.
Birincisi, Müdafiə Nazirliyindəki mərkəz, hansı ki, Səfər Əbiyev uzun
illər münaqişə vəziyyətində olub. Burada söhbət SQ Baş Qərargah rəisi
general-polkovnik Nəcməddin Sadıqov və onun nəzarətində olan qrupdan
gedə bilər. Qeyd edim ki, son 5-6 il ərzində Səfər Əbiyev və Nəcməddin
Sadıqov bir-birinin qeyri-qanuni əməlləri ilə bağlı mətbuatda məlumatlar
ötürürdülər. Ona görə də Səfər Əbiyev bu qruplaşmanı nəzərdə tuta
bilərdi. Ikinci mərkəz çox güman ki, ölkədən kənardadır. Böyük ehtimalla
bir sıra məlumatlar Səfər Əbiyevin nazirliyi dövründə Azərbaycanla
hərbi təmaslardan, Silahlı Qüvvələrdə islahatların həyata
keçirilməməsindən, korrupsiya və rüşvətxorluğun inkişafından narazı
qalmış Qərb ölkələrinin müvafiq təsisatları tərəfindən mətbuata
ötürülür. Əbiyev nazir olarkən onun fəaliyyəti ilə bağlı Avropanın bir
sıra ölkələrinin müdafiə təsisatlarının narazılıqları ilə bağlı yerli və
xarici mətbuatda zaman-zaman məlumatlar işıq üzü görüb. Mümkündür ki,
mərkəz dedikdə eyni zamanda bu nəzərdə tutulur. Hesab edirəm ki, yaxın
zamanlarda bu tip məlumatların ortaya çıxması tendensiyası
sürətlənəcək”.

Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, bu məsələyə Səfər Əbiyev
özü aydınlıq gətirməlidi: “Mənim bu məsələdə kiminsə adını çəkməyim
düzgün deyil. Mən Səfər Əbiyevi ən çox tənqid edən adam olmuşam. Ancaq
bizim ölkədə belə bir ənənə var ki, kim vəzifədən gedirsə ona qarşı
haqlı-haqsız ittihamlar səslənir. Yadınızdadırsa, şəhərin mərkəzində bir
bina söküldü və bu binanın Səfər Əbiyevə məxsusluğu bildirildi. Ancaq
sonradan məlum oldu ki, binanın sahibi Baş Gömrük Idarəsinin rəisidir.
Indi də “Edis Qroup” şirkətinin ona məxsusluğundan söhbət gedir. Əsas
məsələ isə kənarda qalıb. Zaur Həsənovun ölümünün əsl günahkarlarını 
cəzalandıra bilmirlər və dövriyyəyə belə dezinformasiyalar buraxırlar.
Bu, dövlət adına utanc gətirən hal idi. Azərbaycanda məmurların
bir-birini ittiham etməsi adi hala çevrilib. Səfər Əbiyev də
şübhələndiyi dairələrin adını açıqlamalıdır”.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3484

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930