Əli İnsanov partiya yaradır
Keçmiş Nazir tezliklə azad olunacağına əmindir
keçmiş səhiyyə naziri Əli İnsanov keçmiş spiker Rəsul Quliyev və keçmiş
deputat Hüseyn Abdullayevlə birgə “Gələcək Azərbaycan” Partiyası adlı
yeni siyasi təşkilat yaradır.
ki, bu barədə bir neçə xəbər qaynağı tərəfindən məlumatlar yayılsa da,
nədənsə “baş sponsoru” kimi Əli İnsanov təqdim olunan bu yeni partiya
ilə bağlı hər hansı hərəkətlənmə mövcud deyil. Redaksiyamıza ötürülən
informasiyalarda isə bildirilir ki, əslində Əli İnsanovun belə bir
niyyəti olsa da, həmin niyyətini Rəsul Quliyev və Hüseyn Abdullayevlə
gerçəkləşdirmək fikrində deyil.
Bu
barədə redaksiyamıza danışan bilgili qaynaq iddia edir ki, artıq Əli
İnsanovun yaxın qohumlarından birinin də iştirakı ilə yeni partiyanın
quruculuğuna start verilib: “Maraqlı orasıdır ki, quruculuq işində
keçmiş səhiyyə nazirinin zamanında xəstəxanalardan birinə rəhbərlik edən
tanınmış həkim də yer alır”.
ki, redaksiyamıza həmin həkimin kimliyi barədə informasiya verilsə də,
dəqiqləşdirmədən xəbəri yaymamaq qərarını verdik. Bizi izləyin…
Short URL: http://www.cumhuriyyet.net/?p=3486