Ayaz Mütəllibovun nəvəsinin toyu Bakıda oldu
Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov bir neçə gün əvvəl nəvəsinə toy edib.
Bu barədə ASDP sədri
Araz Əlizadə eks-prezidentin fəaliyyəti ilə bağlı mətbuata məlumat verərkən bildirib. Onun sözlərinə görə, A.Mütəllibovun
nəvəsinin toyu bu günlərdə Bakıdakı şadlıq evlərinin birində keçirilib.
A.Əlizadə eks-prezidentin hansı nəvəsinin toyu və kiminlə qohum olması
barədə ətraflı danışmaq istəməyib.
ASDP sədri həmçinin vurğulayıb ki, eks-prezident özünün memuarları əks olunacaq kitab üzərində işlərini davam etdirir.
Eks-prezidentin 2 övladı var. Onlardan biri Azad Mütəllibov 2011-ci ildə 50 yaşında xəstəlikdən vəfat edib.
Ayaz Mütəllibov 1990-cı ildə
Azərbaycana rəhbərlik edib, 1991-ci ilin oktyabrında ölkənin ilk
prezidenti seçilib. 1992-ci il martın 6-da istefa verib. Həmin il mayın
14-də yenidən vəzifəsinə qayıdıb, ancaq bir gün sonra xalq hərəkatının
təzyiqi altında prezidentlikdən çəkilərək ölkəni tərk edib və o vaxtdan
Moskvada yaşayıb.
2012-ci ilin iyun ayında Azərbaycanda
yeni qanun – sabiq prezidentlərin və ailə üzvlərinin təminatını nəzərdə
tutan konstitusiya qanunu qüvvəyə minib. Bununla da Ayaz Mütəllibov
ölkəyə qayıtmaq imkanı əldə edib. Mütəllibov 2012-ci il iyulun 7-də
həmişəlik Bakıya qayıdıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=3489