Elman Rüstəmov Bankları müflis edəcək
Elman Rüstəmovdan ilginc qərar – bankları avtomobil nəhənglərinə qurban verdi
sektorunda kredit portfelinə o qədər də təsir etməyəcək. Çünki
reallıqdan fərqli olaraq Azərbaycanda arayış kreditlərin verilməsi üzrə
göstəricilər ümumi kredit daxilolmalarının cəmi 3-7 faizini təşkil
edirdi. Bankla arayış kreditlərə əsasən o vətəndaşlara təklif edirdilər
ki, həmin vətəndaşların bankda kredit tarixçəsi olmalıydı. Yəni
fundamental olaraq banklarda arayış kreditlər veirlmirdi. Hətta müstəsna
hallarda bu kreditlərin bir vətəndaş üçün ümumi məbləği 500-1000
manatdan çox olmurdu.
Bu
baxımdan da Mərkəzi Bankın həmin qadağası bankların aktivlərinin
azalmasına və ya kredit siyasətinin rentabelliliyinə o qədər də sərt
təsir göstərməyəcək.
Bankın əsas həyata keçirməli olduğu kredit faizlərinin aşağı salınması
tələbidir ki, hələlik bunun da şahidi ola bilməmişik. Ölkədə bankların
təklif etdiyi kreditlərin faizi o qədər yüksəkdir ki, onsuz da onu
arayışla alan vətəndaşlar qaytaran zaman yenə də problemlə üzləşəcəklər.
Yenə
də Azərbaycanda problemli kreditlər portfelində boşalma yaranmayacaq.
Avtomobil satışı üzrə təklif edilən istehlak kreditlərinə məhdudiyyətin
qoyulması isə banklar üçün kifayət qədər ağır zərbə olacaq. Düzdür bu
sahədə də problemlər kifayət qədər idi. Amma bank verdiyi krediti geri
ala bilməyəndə vətəndaşın əmlakı olaraq avtomobilə yönəlməni təşkil edə
bilirdi.
Həm
də bu sahədə bazarda mühim dinamika mövcud idi. Belə bir qadağanın
tətbiq edilməsi banklara ağır zərbədir. Və eyni zamanda gəlirləri ilə
avtomobil bazarında tətbiq edilən qiymətlər tərs-mütənasib olduğundan bu
insanların rifah halına da pis təsir göstərəcək.
Apardığımız
araşdırmalar zamanı məlum oulb ki, təkcə 2013-cü ildə ölkəyə gətirilən
hər 4 avtomobildən 2-i istehlak kreditləri hesabına bazarda satılıb.
Kreditlərin ləğv edilməsi bazarda tələblə təklif arasında balansı
pozacaq. Nəticə etibarilə də Azərbaycanda avtomobil bazarı qədər nəhəng
olan bir sektordan sadə vətəndaşların əldə etdiyi gəlirlərdən məhrum
olacaqlar. Rəsmi qurumlar ilk növbədə bunu nəzərə almalıydılar ki, əgər
avtomobillər üçün bank kreditləri ləğv edilirsə, o zaman idxal üzrə
gömrük rüsumları da aşağı salınmalıdır. Çünki 2014-cü ilin mart ayından
qüvvəyə minəcək qaydalara əsasən ölkəyə “Avro-4″standartına cavab
verməyən avtomobillərin idxalına yasaq qoyulub. Bu da idxalda kəskin
azalmanın baş verməsinə səbəb ola bilər.
Rəsmi
statistikaya görə, 2013-cü ilin yanvar – oktyabr aylarında Azərbaycana
84 791 ədəd nəqliyyat vasitəsi idxal olunub ki, bu da ötən ilin müvafiq
dövrü ilə müqayisədə 114 ədəd çoxdur.
Dövlət
Gömrük Komitəsinin açıqlamasına görə, 10 ay ərzində 690 ədəd sürücü
daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş
motorlu nəqliyyat vasitələri, 76 956 ədəd əsasən adamların daşınması
üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat
vasitələri, 6 408 ədəd yük daşımaq üçün motorlu nəqliyyat vasitələri,
737 ədəd üsusi təyinatlı motorlu nəqliyyat vasitələri ölkəyə idxal
olunub.
Son bir ildə minik avtomobillərinin idxalı isə 2101 ədəd və ya 2,8% artıb.
Qeyd edək ki, 2012-ci ildə Azərbaycana təxminən 101 min avtomobil idxal olunmuşdu.
Burada
çox maraqlı bir məqam ondan ibarətdir ki, bazara avtomobil təklif edən
sadə vətəndaşlar ən kiçik gəlirlərindən belə məhrum olmalı olurlar.
Çünki istehlakçı olan azərbaycanlı artıq istehsal ilindən, markasından
asılı olaraq avtomobilləri qiymətini təyin edə bilir. Hətta bazar
münasibətlərindən kənarda belə vətəndaşlar avtmobilin təxmini bazar
qiymətini əzbərdən bilirlər. Bu isə idxala qoyulan məhdudiyyətlərdən
sonra avtomobil idxalı ilə məşğul olan sıravi azərbaycanlıların
qiymətləri artırmasına ciddi problemlər yaradacaq ki, nəticə etibarilə
də onminlərlə insan gəlir əldə etməkdən məhrum olacaq. Nəticədə
avtomobil bazarı iri distrübüterlər tərəfindən nəzarətdə saxlanılacaq.
Onlar həm kreditlə avtomobillər təklif edəcəklər, həm də idxalla bağlı
heç bir problemlə üzləşməyəcəklər.
Short URL: http://www.cumhuriyyet.net/?p=3490