Siyasi məhbusları tanıyaq

21.01.2014 - 13:39

Leyla Yunus siyasi məhbusların siyahısını adbaad elan edəcək

 
Hakimiyyət Sülh və Demokratiya İnstitutunun (SDİ) yanvarın 23-də
tədbir keçirməsinə maneçilik törədir. Belə ki, tədbir zamanı siyasi
məhbusların siyahısının açıqlanması planlaşdırılır. Tədbirin otellərin
birinin konfrans zalında keçirilməsi ilə bağlı razılıq əldə edilmişdi,
ancaq otel rəhbərliyi sonradan bundan imtina etdi. Buna baxmayaraq
tədbirimiz yanvarın 23-də keçiriləcək. 12 diplomatik missiya səfirlər
səviyyəsində tədbirdə iştirak etməyə hazır olduqlarını bildirib. Bu
barədə SDİ-nin direktoru Leyla Yunus Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, prezident İlham Əliyev Brüssel səfəri zamanı
Azərbaycanda siyasi məhbusların olmadığını bəyan etdikdən sonra SDİ
tədbir keçirmək və siyasi məhbusları adbaad açıqlamaq qərarına gəlib.

Leyla Yunus tədbirdə siyasi məhbusların siyahısı adbaad elan
ediləcək, həmçinin hakimiyyətə “işləyən” AŞPA məruzəçilərinin rolu
barədə yerli və xarici ictimaiyyət məlumatlandırılacaq. Onun fikrincə,
məruzəçilərin loyal mövqeyi Azərbaycanda siyasi məhbusların sayının
artmasına xidmət edir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3491

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
25262728293031