Cəbhə xəttində vəziyyət gərginləşib

21.01.2014 - 13:46

Ermənilər cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində ümumilikdə 98 dəfə atəşkəs rejimini pozublar.

Ermənilər cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində ümumilikdə 98 dəfə atəşkəs rejimini pozublar.
 
Bu barədə Müdafiə Nazirliyinin  mətbuat xidməti məlumat yayıb.
Xəbərdə deyilir ki, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan
Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən
Qazax rayonunun Qızılhacılı kəndində, Noyemberyan rayonunun Dovex,
Berdavan, Barekamavan kəndlərində və adsız yüksəkliklərdə yerləşən
mövqelərdən Qazax rayonunun Kəmərli və Qaymaqlı kəndlərində yerləşən
Azərbaycan Ordusunun mövqelərini atəşə tutublar.
Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Qorqan, Ağdam rayonunun Mərzili,
Yusifcanlı, Cəvahirli, Xocavənd rayonunun Kuropatkino, Cəbrayıl
rayonunun Mehdili, Tərtər rayonunun Çiləbürt kəndləri yaxınlığında
yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə
tutulub.
Həmçinin Xocavənd və Füzuli rayonlarının ərazisindəki adsız
yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun mövqeləri
intensiv olaraq atəşə məruz qalıb.
Mətbuat xidməti düşmənin cavab atəşi ilə susdurulduğunu bildirib.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına Ermənistan tərəfi hələ cavab verməyib.
Hərbi ekspertlərin fikrincə, bu Ermənistan-Azərbaycan cəbhə xəttində son
illərdəki atəşkəs rejiminin ən çox çox pozulduğu hallardan biridir.

Short URL: http://www.cumhuriyyet.net/?p=3493

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930