“Yeni Müsavat”dan ilginc “performans”
İlham Əliyevin əleyhinə 1 yazı yazmayan qəzet 1 həftə ərzində Milli Şura və onun liderlərinə qarşı 78 yazı dərc etdi.

əsirgəmirdi. Müsavat partiyasının Milli Şuradan getməsi isə “Yeni
Müsavat” üçün “ikinci nəfəs” rolunu oynadı. Qəzet göstərdiyi
“performans” ilə “Səs”, “Xalq”, “Yeni Azərbaycan” qəzetlərini kölgədə
qoydu desək yanılmarıq.
Əslində bu qəzeti qınamalı da deyil. Adı müxalifət qəzeti olduğu halda,
özü hakimiyyətdən yaza bilmədiyi üçün mövzu qıtlığı yaşayır. Beləliklə
yaranmış vəziyyət köhnə müxalifətçilər üçün, yeni mövzu yaratdı. Indi
“Yeni Müsavat” qəzeti Əli Kərimlini, Cəmil Həsənlini, Rüstəm
Ibrahimbəyovu, Milli Şuranı “ifşa” etmək yolunda yorulmadan addımlayır.
Yazının girişində qeyd etdik ki, “Yeni Müsavat” qəzeti “Səs” və “Yeni
Azərbaycan”ı pasda qoyub. Gəlin bu fikrimizi daha da konkretləşdirək.
Son bir həftədə “Yeni Müsavat” qəzeti Milli Şura və onun
liderləri haqqında 26 köşə yazısı, 52 iri məqalə dərc edib. Xatırladaq
ki, bu statistika son 7 günü əhatə edir və Milli Şura əleyhinə digər
saytlara, qəzetlərə verilən müsahibələr bura daxil deyil.
Son bir həftə ərzində “Səs” qəzeti Milli Şura və onun liderlərinə qarşı
14 yazı dərc edib. “Yeni Azərbaycan” qəzeti də Milli Şuraya qarşı 14
yazı dərc edib. Yəni, hökumətin 2 ən qatı təbliğatçısı olan qəzet “Yeni
Müsavat”ın təklikdə “bacardığı”nı bacarmayıb.
Maraqlı burasıdır ki, son bir həftə ərzində “Yeni Müsavat”
qəzetində Ilham Əliyev haqqında 7 yazı dərc olunub. Gəlin bu yazıların
başlıqları ilə tanış olaq. “Ilham Əliyev Şəhidlər Xiyabanını ziyarət
etdi”, “Ilham Əliyev Davosa gedir”, “ANS Ilham Əliyevə mükafat təqdim
etdi”, “Ilham Əliyev: Azərbaycanda siyasi məhbus yoxdur”, “Ilham Əliyev
Avropa Ittifaqının xüsusi nümayəndəsi ilə görüşdü”, “Ilham Əliyev
Brüsseldədir”, “Ilham Əliyev yeni Universitet yaradılmasını tapşırdı”.
Qeyd edək ki, Ilham Əliyev haqqında olan bu yazıları “Səs” və “Yeni Azərbaycan” qəzetləri də tirajlayıb.
Belə getsə, adın qeyd etdiyimiz hökumət qəzetləri “Yeni Müsavat”la
düşmən olacaq. Çünki, onlar bu yarışda “Yeni Müsavat”a uduzur və
hökumətin əlavə pul xərcləyib onları maliyyələşdirməsinə ehtiyac qalmır.
Biz “Yeni Müsavat”a uğurlar arzulayırıq. Müxalifət qəzeti ola bilmədilər, heç olmasa hakimiyyəti uğurla təbliğ etsinlər.
P.S. Milli Şura üzvü Gültəkin Hacıbəylinin “Azadlıq”
qəzetindəki son açıqlamasın bu yazı yazılanda 9216 nəfər oxumuşdu. Elə
həmin vaxt Rauf Arifoğlunun “Yeni Müsavat”a açıqlaması 951 dəfə
oxunmuşdu. Təxminən bu rəqəmlər arasında 10 dəfə fərq var. Insan yerini
və mövqeyini dəyişəndə gərək ictimai rəyi yaddan çıxarmasın. Reallıq da
göstərir ki, xalqı hakimiyyətə yox, hakimiyyəti xalqa qurban verənlər
qalibdir.
P.P.S. Tamam yadımdan çıxmışdı. Bu həftə ölkə
gündəmini 2 mühüm xəbər zəbt etmişdi. Şahdağ kompleksinin hakim ailəyə
məxsusluğu və Əli Insanovun məhkəmədə Ilham Əliyevi sərt tənqid etməsi
ilə bağlı xəbər. Ancaq, “Yeni Müsavat” qəzeti bu xəbərlərin heç birini
tirajlamadı.(azadlıq.info)
Short URL: http://www.cumhuriyyet.net/?p=3496