Üzeyir Məmmədlinin həbsxanadan şok müraciəti
Klassik müxalifət reaksionistdir: hadisələrə reaksiya verir, adətən, özü hadisə yarada bilmir. Klassik müxalifət heç bir planı, birliyi məntiqi sonluğa çatdıra bilmir, yarıyolda hər şeyi məhv edir və hər dəfə biriləri günah keçisi elan edilir. Heç bir uzunmüddətli srategiya yoxdu, gündəlik, uzaqbaşı aylıq planlar var. Peşəkar yanaşmadan söhbət belə gedə bilməz. Bu müxalifət dəyişməyə məhkumdur. Bu müxalifət həm də biz gənc nəslin qarşısında da maneədir. 2011-ci ildən bəri baş verən posesləri diqqətlə izləsəniz görərsiniz ki, bütün hadisələri gənclər yaradıb, klassik müxalifət daha sonra qoşularaq növbəti ideyanı məhv etməklə məşğul olub və həmişəki kimi buna uğula nail olub.
2011-ci ildə gənclər 11 mart posesini başlatdı. Daha sonra klassik müxalifət dövrəyə girdi və bir neçə aksiyadan sonra həbslərin başlaması ilə aktivlik öldü. 2012-ci ildə biz gənclər 17 mart mitinqi ilə “20-ci sahədə” 2005-ci ildən sonra ilk razılaşdırılmış mitinq keçirdik. Klassik müxalifət yenə dövrəyə girməyə gecikmədi, 8 və 22 aprel mitinqlərindən sonra razılaşdırılmamış aksiyalara getdilər (NİDA VH olaraq bu bu aksiyalarda iştirak etmədik). Yenə aktivlik öldü. 2013-cü ildə 12 yanvar “Əsgər ölümlərinə son” aksiyası ilə yeni bir proses başlatdıq. Bu dəfə iqtidar dövrəyə girdi, aksiyaların lokomotivi NİDA VH-na qarşı əməliyyat keçirildi, hərəkatın 4 əsas lideri və üzvləri həbs olundu.
Göründüyü kimi bu 3 ildə prosesləri biz gənclər başlatmışıq. Təkrar edirəm, klassik müxalifət bizim ideyalarımızı öldürməklə məşğul olub. 2013-cü il seçki ili idi. Milli Şuraya getməklə klassik müxalifətə son şans verdik. Artıq bizim güzəşt limitimiz bitmək üzrədir. Klassik müxalifətdə ya yaxın aylarda dəyişmə gedəcək, ya da onu əzməyə məcburuq. Çünki başqa çıxış yolu yoxdur. Bu müxalifət dəyişikliklər qarşısında ən böyük maneədir. Mən sıravi müsavatçı və cəbhəçilərə, digər partiyaların üzvlərinə, jurnalistlərə, vətəndaş cəmiyyəti fəallarına, ziyalılara səslənirəm. Klassik müxalifət liderlərinin rəhbərliyi altında uğusuzluqdan-uğusuzluğa doğru yürüməkdən yorulmadınız!? İqtidara qarşı yox, müxalifət daxilində Ginnes olmaq uğrunda mübarizədə piyada olmaqdan bezmədiniz!?
Kim səmimi olaraq ölkədə demokratik dəyişiklik istəyirsə bu gedişə dur deməlidir. Biz son 3 ildə proseslərin önündə gedən gənclərik, çoxumuz meydanlarda böyüdük, deyə bilərsiz klassik müxalifət liderleri də meydanlarda böyüyüb. Ancaq bizim fərqimiz əlimizdə kitabla böyüməyimiz, intellektual olmağımız, işə peşəkar yanaşmamız, strategiya ilə iş görmək istəyimiz, reaktiv yox, proaktiv olmağımızdır.
Bizim bioqrafiyamızda 1992-93-cü illər uğursuzluğu yoxdur, 1998-ci ildə ambisiyalara görə seçkini boykot etmək yoxdur, 2000-ci və 2005-ci ildə parlamentə getmək yoxdur, 2003-cü ildə xalqın önündə olmamaq yoxdur, dəfələrlə müxtəlif birliklər yaradıb dağıtmaq yoxdur! Biz bu hakimiyyəti dəyişmək istəyirik. Prosesə rəhbərlik etməyə hazırıq. Bu yolu bizimlə birgə getməyinizi istəyirik!
Short URL: http://www.cumhuriyyet.net/?p=3498