Elşad Abdullayevdən yeni şok iddialar

21.01.2014 - 15:28

“Əli Həsənov 11 dəfə
məndən ötrü Fransadan əliboş qayıdıb” 

 

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru,
hazırda Fransada siyasi mühacirətdə olan Elşad Abdullayev, məşhur “Mandat
işi”nin əsas fiqurlarından olan və 2012-ci ilin dekabrında İstanbulda müəmmalı
şəkildə dünyasını dəyişən Sevinc Babayevanın bu günlərdə ortaya çıxan
“məktubuna” münasibət bildirib. İddiaya görə,
S.Babayeva ölümündən öncə Bakı Şəhər Prokurorluğuna məktub göndərib və bütün
“həqiqətləri” danışıb. “Yeni Müsavat” qəzetində silsilə dərc olunan məktubda
Elşad Abdullayevin indiyədək yaydığı videolar montaj adlandırılır, deputat
Gülər Əhmədovanın ABU rektorundan tələb etdiyi 500 min dollar hansısa
şikayətçilərin ayağına yazılır. Guya bu pullar E.Abdullayevin aldatdığı
adamlara qaytarılmalı imiş və Gülər Əhmədova Sevinc Babayevanın xahişi əsasında
bu işə qarışıb və E.Abdullayevdən 500 mini tələb edib.

Qəzet yazır ki,
məktubu ortaya çıxaran Gülər Əhmədovanın vəkili Əfsər Talıbovdur. Vəkil isə
deyib ki, tanımadığı hansısa şəxs məktubu onun ofisinə gətirib…

Məktubun Sevinc Babayevanın özü tərəfindən
yazılıb-yazılmadığı dəqiqləşməyib. Lakin bunun o qədər də əhəmiyyəti yoxdur.
E.Abdullayev mandat alverinə dair ortaya elə tutarlı faktlar, dəlillər qoyub
ki, S.Babayevanın 1 ildən sonra müəmmalı şəkildə üzə çıxan ziddiyyətlərlə dolu
hansısa məktubu onları aradan qaldırmaq iqtidarında deyil.

Qondarma məktubdakı
iddialara gəlincə, bunlar o qədər qeyri-ciddidirlər ki, onlara xüsusi olaraq
diqqət ayırmağa ehtiyac yoxdur. Təkcə bir ziddiyyəti qeyd etməklə, məktubda
yazılanların “ciddiliyini” görmək olar. S.Babayeva məktubda
“yazır” ki, ABU-ya tələbə qəbuluna görə E.Abdullayevə 210 min dollar verib və
aldadılıb. Lakin daha sonra qeyd olunur ki, Gülər Əhmədova “şikayətçilərə”
atılan 500 min dolları qaytarmaq üçün E.Abdullayevlə danışıqlar aparıb. Ən maraqlısı
isə 210 min dollar alıb, 500 min dollar borcunu qaytarmayan E.Abdullayevin,
Sevinc Babayevanı tutdurmaq üçün 5 nəfər şikayətçi tapması və onların hər
birinə 200 min dollar verməsi haqda məktubdakı “daşdan keçən” iddiadır. Yəni
belə çıxır ki, E.Abdullayev 500 min dollar borcunu qaytarmamaq üçün 1 milyon
dollar xərcləyərək, Sevinc Babayevanı tutdurmaq istəyib.

Lakin bəllidir ki, belə bir məktubun ortaya çıxarılması və
çoxtirajlı qəzetin manşetindən yayılmasının təşkil olunması təsadüfi deyil.
İstintaq və məhkəmə, faktiki olaraq, “Mandat işi”ni ört-basdır etmiş kimidir.
Mandat alverində vasitəçi olduğu, 1 milyon rüşvət aldığı videofaktlarla sübut
olunan Gülər Əhmədovaya cəmi 3 il iş verilməsi bu əməliyyatın bir parçası idi.
Lakin belə görünür ki, mandat alverinin əsl sahibləri onun heç 3 il də cəza
çəkməsinə razı deyillər və tezliklə azadlığa çıxmasına zəmin hazırlayırlar. Bu məktub da, həmin prosesin bir
elementi olaraq, ortaya atılıb.

Elə
E.Abdullayev də belə hesab edir ki, S.Babayevanın adından yayılmış məktub
qondarmadır. Sabiq rektor
cumhuriyyet.az-a
göndərdiyi yeni məktubunda yazır:

“Əvvəla,
mərhum Sevinc Babayevanın “məktubu” həqiqətə uyğun olmayan, zərərçəkmişi təhdid
etməyə, böhtan atmağa və şərləməyə hesablanmış qondarma yazıdır, MTN zabiti
Mahir Abdullayevin Azərbaycanda adam oğurlugu ilə məşğul olan paqonlu
mütəşəkkil cinayətkar dəstə tərəfindən oğurlanmasını ört-basdır etməyə xidmət
edir.

 Ramiz Mehdiyevin vasitəçisi deputat
Gülər Əhmədova ilə ilk görüşüm MTN zabiti Mahir Abdullayev oğurlanan günün
səhərisi – 14 oktyabr 2003-cü il tarixində ABU rektorluğunda olmuşdur. Necə
olur ki, 10 il sonra mən Ramiz Mehdiyevi, Gülər Əhmədovanı və Azərbaycanda adam
oğurluğu ilə məşğul olan “paqonlu” mütəşəkkil cinayətkar təşkilatı ifşa edən
gizli videogörüntüləri sosial şəbəkələrdə ictimailəşdirdikdən sonra Sevinc
Babayeva ölümündən sonra həqiqətə uyğun olmayan qondarma məktub yazır???…”

E.Abdullayev yazır ki, belə qondarma məktublar Sevinc
Babayevanın qətlə yetirildiyini bir daha sübut edir. Əsas şahid Sevinc
Babayevanın qətli şübhə doğurmasın deyə, onu zorla İstanbula sürğün ediblər.
“Ailə üzvlərinin məhkəmə ifadələrindən də məlum olur ki, o, Səlcuq Ağlayanın
xüsusi rejimli ev dustağı olub, üstündə silah ğəzdirən Səlcuq Ağlayan
tərəfindən bir necə dəfə döyülmüşdür.

 Sevinc Babayevanın
oğlu Ayxan Məmmədov 26 sentyabr 2012-ci il tarixli qondarma məktub (video)
haqqında açıqlamasında bildirir ki, anamı Gülər Əhmədova zorla məcbur etdi ki,
Elşad Abdullayevin əleyhinə ifadə ver və danış. Görünür Sevinc Babayeva
İstanbula göndərilməzdən öncə döyülüb və bu məktubu məcbur edib yazdırıblar.
Sevinc Babayevanın anası məhkəmədə dedi ki, Gülər Əhmədova qızımı bir neçə dəfə
ayağının altına salıb döyüb. Rus dilində təhsil alan Sevinc belə məktub yaza
bilməz, onu kimsə məcbur edib bunu yazdırıb.”

E.Abdullayevə görə, bütün bunlar Mahir Abdullayevi oğurlayan
mütəşəkkil dəstənin işləridir: “10 ildir ki, Azərbaycanda adam oğurluğu ilə
məşğul olan mütəşəkkil cinayətkar dəstəni ifşa etmək olmur. Hətta, Prezident
İlham Əliyev tərəfindən yaradılan MİK-da açıq-aşkar prezidentin sərəncamını
yerinə yetirə bilmir və mütəşəkkil cinayətkar təşkilatı ifşa etmək iqtidarında
deyildir.”

Sevinc Babayevanın “ölümqabağı məktubunun” yayılmasına görə,
növbəti dəfə Ramiz Mehdiyevi ittiham edən E.Abdullayev sonda Əli Həsənovla
bağlı maraqlı bir məlumatı da paylaşır: “Prokurorluq-Məhkəmə sistemi cinayəti acmaq əvəzinə,
zərərçəkmişi qorxutmaqla məşğuldur. Təsadüfi deyil ki, Əli Həsənov 11 dəfə
məndən ötrü Fransadan əliboş qayıtmışdır…”

Short URL: http://www.cumhuriyyet.net/?p=3504

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930