Dəmiryolçular aksiyalara davam edəcək
“Bizim başımızı aldatmaq üçün 2 ədəd sabun və tualet kağızı veriblər, saatlarımızı qaldıracaqlarını deyirlər”
kişi bələdçilərinin yanvarın 11-dən başlayan etiraz aksiyaları davam
edir. Onların etirazına səbəb MDB ölkələri istiqamətindəki xətlərdən
çıxarılmaları, yerlərinə, beynəlxalq xətlərə qadın bələdçilərin
yerləşdirilməsidir.
öncəki xəbərlərimizdə, mövzunu davam etdirəcəyimizi bildirmişdik. Bu gün
etiraz edən bələdçilərlə əlaqə saxladıq. Onların dediklərinə görə,
etirazlardan sonra “Azərbaycan Dəmir Yolları” QSC-nin rəhbərliyi onlara 2
ədəd sabun və tualet kağızı veriblər.
aksiyalarımızdan, etirazlarımızdan sonra bizə söz veriblər ki, iş
saatlarımızı artıracaqlar. Əslində bu bizim normal haqqımızdır. Bizim
168 saat iş saatımız olmalıdır, bizə deyiblər ki, guya bunu bərpa
edəcəklər, amma bu da inandırıcı deyil. Qatarlarda sərnişinlərin
tələbatlarını qarşılamaq üçün bir çox vəsait çatmır. Bununla bağlı
şikayətlərimizin qarşılığında bizə iki ədəd sabun və tualet kağızı
veriblər. İki ədəd 11 qəpiklik sabunla, tualet kağızı ilə bütün qatarın
tələbatı ödənilirmi?. Bu, bizi ələ salmaqdan başqa bir şey deyil.
Qatarın təmizlənməsi üçün, kimyəvi maddələr, şampunlar və bu kimi bir
çox ləvazimat lazımdır. Sərnişinlərin tələbatlarıni qarşılamaq üçün
xərclənən pullar hələ də öz cibimizdən gedir. Biz yanvarın 13-də
Prezident Administrasiyasının qarşısında aksiya keçirmişdik, etirazımı
bildirmişdik və şikayət ərizəsi ilə müraciət etmişdik. Bu ərizəyə sabah
cavab veriləcəyi söz verilib. Yanvarın 23-də Nazirlər Kobinetindən
onlara ünvanladığımız şikayətlə bağlı cavab gəlməlidir. Əgər bu cavablar
bizi qane etməsə, tələblərimiz, iş rejimimiz təmin edilməsə, yanvarın
25-də aclıq aksiyasına başlayacağıq. Bizim bundan başqa yolumuz qalmır.
Biz sabah yenə toplaşaraq etiraz etməyi qərara almışıq. Bizim
tələblərimiz yerinə yetirilənə qədər bu etirazlar davam edəcək.”
edək ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişindaşımaları
Departamentinin rəisi Elyar Muradov musavat.com-a açıqlamasında, kişi
bələdçiləri qanunsuz yükləri daşımaqda suçlamışdı. “Kişi bələdçilərin
sərnişinlərə göstərdikləri xidmət səviyyəsinin aşağı olması,
sərnişinlərin bu haqda şikayətlər etməsi bizə əsas verir ki, lazımi
tədbirlər görək. Bundan əlavə, onların ölkə xaricinə səfərlər zamanı,
ölkəyə gətirilməsi qadağan olunan məhsulların vaqonlarda yaratdıqları
gizli bölmələrdə ölkəyə keçirmələri aşkar olunur. Hətta narkotik
maddələr belə keçirmək istəyənlər olub ki, onları da hüquq-mühafizə
orqanları aşkarlayıb və o şəxslər hazırda həbsdədir. Bu kimi mənfi
halların baş verməsi bizim qadın bələdçilərin xidmətindən istifadə
etməkdə nə qədər doğru seçim etdiyimizi göstərir.”
Short URL: http://www.cumhuriyyet.net/?p=3505