“İsmayıllı” məhkəməsi davam edir
“Polis jurnalistləri məhkəmə binasına yaxınlaşmağa qoymur”
hadisələrində ittiham olunanların məhkəməsi davam edib. Prosesdə dindirilməsi üçün
məhkəməyə 22 şahid dəvət edilib. Onlardan artıq 14-ü dindirilib.
Polis bu gün əvvəlki vaxtlardan fərqli olaraq
məhbusların valideynlərinə, məhkəmə prosesində iştirak etmək istəyən
şəxslərə, o cümlədən jurnalistlərə qarşı aqressiv davranıb:
“Polis jurnalistləri məhkəmə binasına yaxınlaşmağa qoymur”.
Məhkəmə zamanı şahidlərdən bəziləri həbs edilənləri tanımadıqlarını, hadisə baş verən zaman onları orda görmədiklərini deyiblər.
Şahidlər ittiham olunanların əleyhinə ifadə verməyiblər.
Məhkəmədə fasilə elan edilib.Fasilədən sonra digər şahidlərin ifadələri dinləniləcək.
Müttəhimlər kürsüsündə 18 nəfər əyləşib. Onların arasında REAL
hərəkatının rəhbəri İlqar Məmmədov və Müsavat Partiyası sədrinin müavini
Tofiq Yaqublu da var. Qalan 16 nəfər İsmayıllı sakinləridir.
Onlar 2013-cü il yanvarın 23-24-də kütləvi iğtişaşların təşkilində və iştirakda ittiham olunurlar.
Short URL: http://www.cumhuriyyet.net/?p=3506