Bakı Fond Birjasının sədri dəyişdirilib

21.01.2014 - 15:58

3 ildə dördüncü İH sədridiir

 
 “Bakı Fond Birjası” QSC-nin (BFB) sədri dəyişdirilib. Son illər birja
rəhbərləri vəzifədə çox qalmır və öz arzuları ilə gedirlər. Amin Muradovu bundan əvvəl Milli Depozit Mərkəzinin İH
sədri olmuş Fariz Əzizov əvəz edib. Muradov bu vəzifədə 11 ay çalışıb.
Bu, son 3 ildə dördüncü İH sədridiir.
Bakı Fond Birjası çox az fon institutlarındandır ki, birja indeksi və
birja listinqi yoxdur. Birjanın kotirovkasında bir neçə maliyyə
institutunun və 1 tikinti şirkətinin istiqrazları var.

BFB 2000-ci ildən fəaliyyət göstərir. Ödənilmiş nizamnamə kapitalı 1
260 000 manatdır. Səhmdarları 21 struktur, o cümlədən İstanbul Fond
Birjasıdır. BFB 2012-2013-cü illərdə mənfəəti səhmdarlar arasında
bölməyib. AZN 1.8 milyon məbləğində bölüşdürülməmiş mənfəət bank
depoziti kimi saxlanılır.

BFB çox şəffaf olmayan informasiya siyasəti yürüdür. Illik hesabat
2010-cu ildən bəri açıqlanmır. Lanchester Universiteti (Britaniya) və
Bakı Dövlət İqtisadiyyat Universitetinin məzunu Əzizovun 2011-ci ildən
başçılıq etdiyi MDM də vəziyyət pisdir. Depozitar əmanətçilərinə
elektron xidmətlərin təmin etmir, xidmət etdiyi şirkətlərin siyahısını
açıqlamır.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3507

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930