Türkiyədə terror gözlənilir

21.01.2014 - 16:20

“Əl-Qaidə” sabah Türkiyədə partlayışlar törətməyə 20 nəfər göndərib

“Əl-Qaidə” sabah Türkiyədə partlayışlar törətməyə 20 nəfər göndərib
 

 

 

Türkiyənin xüsusi xidmət orqanları sabah
İsveçrənin Montre şəhərində keçiriləcək Suriya konfransını sabotaj etmək
üçün “əl-Qaidə”yə bağlı “İraq Şam İslam Dövləti” qruplaşmasının Ankara,
İstanbul və Hatayda eyni vaxtda terror partlayışları törətməyə
hazırlaşdığı barədə xəbərdarlıq yayıb.

Türkiyə KİV-lərinə istinadən yayılan
xəbərlərə görə, xüsusi xidmət orqanları partlayışları törətmək üçün
qruplaşmanın 20 nəfərlik qrup göndərdiyini müəyyən edib.

“İraq Şam İslam Dövləti” qruplaşmasına mənsub 20 şəxsin iri
otellərdə, xüsusən Türkiyəyə sığınmış suriyalı müxaliflərin
toplantılarını keçirdikləri yerlərdə partlayışlar törətməyə hazırlaşdığı
bildirilir. Milli İstihbarat Təşkilatının əldə etdiyi məlumatlara görə,
qrupa Türkiyədə öldürməli olduqları bəzi şəxslərin də adları verilib.

Xəbərlərə görə, terror aktlarının yanvarın 22-24-ü arası
törədiləcəyinə dair hazırlıqlar aparılır. Türkiyənin xüsusi xidmət və
polis qüvvələrinə terror aktlarının qarşısını almaq üçün həyəcan siqnalı
verilib. 

 

 


 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3509

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Sentyabr 2023
BE ÇA Ç CA C Ş B
 123
45678910
11121314151617
18192021222324
252627282930