Fətullah Gülən: “Camaat CHP-yə dəstək olacaq”
Hazırda ABŞ-da yaşayan Türkiyənin ünlü din adamı Fətullah Gülən
hakim AKP-nin demokratiyanın əleyhinə dönməsindən narahatlığını ifadə
edib.

hakim AKP-nin demokratiyanın əleyhinə dönməsindən narahatlığını ifadə
edib
“Wall Street Journal Gazetesi”ne açıqlama verən F.Gülən 17 dekabrdan
bu yana Türkiyə iqtidarı ilə arasındakı fikir ayrılıqlarından danışıb.
O, rəsmi Ankaranı istər ideoloji, istər ölkədə rəğbət yaratmaq, istərsə
də dünya görüşü ilə bağlı edilən tövsiyələrə fikir verməməkdə ittiham
edib. F.Gülən AKP-yə alternativin olmasına müsbət baxmasına işarə edərək
CHP-yə dəstək verə biləcəklərini bəyan edib. “Zaman gələndə “camaat”
üzvləri də digər vətəndaşlar kimi seçimlərini dəyərlərə əsasən həyata
keçirəcək”, – o bildirib.
“Ölkəni idarə edənlərə qarşı heç bir zaman gizli bir planın
bir parçası olmadıq, hakimiyyətə paralel sistem iddialarını rədd edirik,
camaatın dəyər və baxışı dəyişməyib, dəyişən AKP-dir”– o, hakim partiyanı ittiham edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=3510