Pərviz Həşimlinin vəkili şikayət verib
MTN-in istintaq təcridxanasında saxlanan jurnalist, hüquq
müdafiəçisi Pərviz Həşimlinin Səbail Rayon Məhkəməsinin qərarından
şikayəti yanvarın 21-də Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
müdafiəçisi Pərviz Həşimlinin Səbail Rayon Məhkəməsinin qərarından
şikayəti yanvarın 21-də Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Yanvarın 17-də Səbail Rayon Məhkəməsi Pərviz Həşimli barəsində
seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə
vəsatəti təmin etməyib. Vəkil Elçin Sadıqov mətbuata açıqlamasında deyib
ki, Pərviz Həşimlinin ev dustaqlığına buraxılmaması Avropa İnsan
Hüquqları Konvensiyasının 5-ci maddəsinin pozuntusudur.
Pərviz Həşimli ötən il sentyabrın 17-də digər Azərbaycan vətəndaşı
Təvəkkül Qurbanovla birgə tutulub. Milli Təhlükəsizlik Nazirliyinin
İstintaq Baş İdarəsi onları odlu silahın və döyüş sursatının
qaçaqmalçılığında ittiham edir.
Short URL: http://www.cumhuriyyet.net/?p=3512