Əhali hakimiyyətə etiraz edir
Masallıda icra başçısına qarşı etiraz aksiyası
şossesinin Masallıdan keçən hissəsini bağlayıb. Bu barədə “jam.az” saytı
rayondan məlumat verib.
Məlumatda deyilir ki, əhalinin etiraz
aksiyası keçirməsinə səbəb icra başçısı Rafil Hüseynovun artıq bir neçə
dəfədir onları qəbul etməməsidir. Şıxlar camaatının dediyinə görə,
dəfələrlə üzləşdikləri problemlərlə bağlı Masallı icra başçısının
qəbulunda olmağa çalışıblar. Lakin hər dəfəsində müxtəlif bəhanələrlə
Hüseynov onları başından edib. Bu gün isə səbrləri daşdığından
Bakı-Astara yolunu bağlayıblar. Əraziyə Post Patrul Xidmətinin
əməkdaşları cəlb olunub. Onlar etirazçılardan yolu açmalarını istəyir.Masallı rayonunun Şıxlar kəndinin 300 nəfərə yaxın sakini Bakı-Astara
şossesinin Masallıdan keçən hissəsini bağlayıb. Bu barədə “jam.az” saytı
rayondan məlumat verib.
Məlumatda deyilir ki, əhalinin etiraz
aksiyası keçirməsinə səbəb icra başçısı Rafil Hüseynovun artıq bir neçə
dəfədir onları qəbul etməməsidir. Şıxlar camaatının dediyinə görə,
dəfələrlə üzləşdikləri problemlərlə bağlı Masallı icra başçısının
qəbulunda olmağa çalışıblar. Lakin hər dəfəsində müxtəlif bəhanələrlə
Hüseynov onları başından edib. Bu gün isə səbrləri daşdığından
Bakı-Astara yolunu bağlayıblar. Əraziyə Post Patrul Xidmətinin
əməkdaşları cəlb olunub. Onlar etirazçılardan yolu açmalarını istəyir.
Short URL: http://www.cumhuriyyet.net/?p=3516