Jurnalistlər səyyar satışa qadağa ilə bağlı aksiya keçirəcək

21.01.2014 - 21:05

Qəzet redaksiyalarının və yayım firmalarının birgə tədbirinin yeri və vaxtı şənbə günü müəyyənləşdiriləcək

Qəzet redaksiyalarının və yayım firmalarının birgə tədbirinin yeri və vaxtı şənbə günü müəyyənləşdiriləcək
 

Dünən qəzet rəhbərləri və yayım firmalarının nümayəndələri Bakı şəhər
Ticarət Departamentinin səyyar qəzet və jurnal satışına qadağa qoyması
ilə bağlı sayca ikinci birgə görüşlərini keçiriblər. Toplantı “Zerkalo”
qəzetinin redaksiyasında keçirilib. Toplantıda Bakı şəhər Ticarət
Departamentinin qərarı ilə qəzetlərin satışına ciddi zərər dəyəcəyi qeyd
olunub, vəziyyətdən çıxış yolları ətrafında fikir mübadiləsi aparılıb. “Yayım Assosasiyası”nın sədri Yaşar Zeynalov bildirdi ki, ötən toplantıda əl yayımı ilə bağlı problemlər müzakirə
olunaraq müəyyən təkliflər irəli sürülmüşdü: “Əlyayımı ilə məşğul olan
elə əməkdaşlarımız var ki, onlar bui şlə 20 ildir ki, məşğuldurlar.
Əlyayımı qalmalı və işləməlidir. Belə təkliflər səslənib ki, hazırkı
təzyiqlərlə bağlı biz dövlət başçısına müraciət ünvanlamalıyıq.
Düşünürəm ki, o müraciətdə eyni zamanda qeyd etməliyik ki, meriya Bakıya
300 yeni köşkün gətiriləcəyini deyir. Buyursunlar həmin köşkləri ilk
olaraq bura toplaşan yayım firmalarına təklif etsinlər. Biz də həmin
köşklərdə qəzet satışını reallaşdıraq”.

Fərdi sahibkar İbad Manafov bildirdi ki, meriyanın
əl yayımının stellajlarının standartlara uyğun olmadığı ilə bağlı
gətirdiyi arqumentlər əsaslı deyil. Çünki yayım stellajlarının forması
və dizaynı meriya ilə razılaşdırılmışdı. “Yeni Müsavat” qəzetinin yayım direktoru Ələsgər Süleymanov bildirdi ki, qəzetlərin əlyayımında satışı ilə köşklərdəki satışını
eyniləşdirmək düzgün deyil: “Köşkdən qəzet alan onsuz da bunu edəcək.
Əlyayımı isə qəzetləri oxuculara birbaşa çatdırırdı. Qanunvericiliyə
görə hər bir qəzetin öz nəşrinin satışını təşkil etmək hüququ var. Bizim
bu hüququmuz pozulur. Bununla bağlı biz məhkəməyə müraciət etmək
niyyətindəyik. Məhkəməyə müraciət yalnız Bakı Ticarət Departamentinin
əlyayımına qadağanı hansı sənədə istinadən edərək reallaşdırdığını
rəsmən əldə edə bilmədiyimizdən yubanır. Bu sənədi əldə etmək üçün də
müraciət etmişik”.

“Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı da
məhkəməyə müraciətə qoşulmaq istədyini söylədi. “Düşünürəm ki, biz
məhkəməyə birgə müraciət etməliyik. Sayımızın çoxluğu hüquqlarımızın
müdafiəsini daha effektli edə bilər”.

“Novoe Vremya” qəzetinin kommersiya direktoru Məzahir Məmmədli bildirdi ki, əlyayımına qoyulan qadağalar, qəzetlərin satışı ilə bağlı
reallaşdırılan məhdudiyyətlər mətbuatı batırmaq üzrədir. 

“Azadlıq” qəzetinin baş readktorunun birinci müavini Rahim Hacıyev isə hesab edir ki, əlyayımına yaradılan problemlərlə bağlı çözüm yolu
kimi Bakıya gətiriləcək 300 yeni köşkün göstərilməsi hakimiyyətə
manipulyasiya imkanları verəcək: “Yeni köşklərə yalnız öz adamları yaxın
buraxılır. Bizim çıxış yolu kimi təzə köşkləri göstərməyimiz
hakimiyyətə bu məsələdə manevr imkanı verəcək. Çünki yeni köklərin
Bakıya nə zaman gətiriləcəyi bəlli deyil”.

Tədbirdə yayım firmalarının nümayəndələri tərəfindən eyni zamanda o
fikirdə vurğulandı ki, dövlət başçısına bəzi təşkilatların
“jurnalistlərin dostu” adını verməsi hazırkı reallıqla uyğun
gəlmir. Daha sonra R.Hacıyev və E.Şıxlı əlyayımı problemi ilə bağlı
qəzet redaksiyalarının mübarizəyə daha geniş formatda səfərbər olunması
üçün növbəti görüşə qədər bir sıra addımların atılmasının zəruri
olduğunu bildirdilər. İlk növbədə əlyaymının sıradan çıxarılmasına qarşı
olan qəzet redaksiyaları müəyyənləşdirilərək mübarizəyə qoşulmalıdır.
Eyni zamanda ölkədə fəaliyyət göstərən müstəqil jurnalist təşkilatları
da hakimiyyətin növbəti qanunsuz addımına qarşı aparılan mübarizə
prosesinə cəlb edilməlidirlər. Qərara alındı ki, yanvarın 25-i saat
14,00-da yenidən “Zerkalo” qəzetinin redaksiyasında toplaşaraq səyyar
qəzet və jurnal satışına qadağa qoyulması ilə bağlı atılacaq son
addımlar müəyyənləşdirilməlidir. Bu toplantıda sözügedən qanunsuzluqla
bağlı jurnalistlərin reallaşdıracağı etiraz aksiyasının vaxtı və yeri də
müəyyənləşdiriləcək

Short URL: http://www.cumhuriyyet.net/?p=3517

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031