ARDNŞ-də ixtisarların yeni dalğası başlayır
Şirkət 20 min neftçiyə “xudahafiz” deyəcək
“Dövlət Neft Şirkəti bu yaxınlarda 20 min nəfərə yaxın neftçini işdən çıxaracaq”.
ARDNŞ-in strukturlarına daxil olan idarə və
müəssisələrin ləğvi, eləcə də neft hasilatının azalması nəticəsində
xeyli neftçi işsiz qalacaq: “Dövlət Neft Şirkəti “ARDNŞ üzrə
sərbəstləşən işçilərin sosial dayanıqlığının və məşğulluğunun təmin
olunmasına dair Proqram”ı təsdiq edib. Həmin proqrama uyğun
qiymətləndirmə aparılması üçün komissiyalar yaradılır. Amma məsələ
ondadır ki, komissiyalar işəgötürənlərə tabedir. Bundan əlavə, proqramın
icra mexanizmi bəlli deyil”.
M.Qəhrəmanlı qeyd
etdi ki, işdən çıxarılanlara təzyiqlər edilir: “Təşkilata edilən
müraciətlərdə deyilir ki, neftçilər onların əməkhaqlarının 5 mislinin
ödənilməsinə məcbur edilir. İşdən çıxarılmış neftçilərə ödənilən
kompensasiyadan 30 faiz vergi tutulur. Bundan sonra işçi iş və ya güzəşt
tələb edə bilməz. Buna görə də müraciət edənlərə diqqətli olmağı
tövsiyə edirik”.
Hüquq
müdafiəçisi dedi ki, neftçilərə artıq icrasına başlanılmış bu proqramla
bağlı məlumat verilmir: “Əslində isə proqramda nəzərdə tutulan
tədbirlərlə bağlı məlumatlar hazırlanmalı və paylanılmalıdır. İşçinin
məlumatsızlığından istifadə edilməsinin qarşısı alınmalıdır”.
M.Qəhrəmanlının
sözlərinə görə, ARDNŞ-in tabeliyindəki zavodlarda beynəlxalq audit
şirkəti tərəfindən audit aparılır: “Auditin nəticələrini gözləyirik.
Yəqin ki, zavodlarda da ixtisarlar aparılacaq. Çünki beynəlxalq audit
şirkəti bu strukturda islahatların aparılmasını təklif edir”.
Yada salaq ki, ARDNŞ ötən ilin sonlarında bir neçə trest və idarəsini ləğv edib, nəticədə minlərlə neftçi işsiz qalıb.
Short URL: http://www.cumhuriyyet.net/?p=3519