Tofiq Yaqublunun ailəsi avtomobil qəzasına düşüb

21.01.2014 - 22:38

Məhbus jurnalistin xanımı İsmayıllı rayon xəstəxanasına
yerləşdirilib

Məhbus jurnalistin xanımı İsmayıllı rayon xəstəxanasına
yerləşdirilib

Yanvarın 21-də Müsavat başqanının müavini Tofiq Yaqublunun ailəsi
Şəki məhkəməsindən geri – Bakıya dönərkən avtomobil qəzasına
düşüb. Hadisə yerində olan AzadlıqRadiosunun müxbirinin verdiyi məlumata
görə, qəza İsmayıllı rayon mərkəzinin 5 kilometrliyində, Xanagah kəndi
ərazisində baş verib: “Duman olduğundan sürücü idarəetməni itirib və
maşını yol kənarındakı ağaca çırpıb”. Tofiq Yaqublunun həyat yoldaşı
Maya Yaqublu ilə sürücü Çingiz Əli İsmayıllı rayon xəstəxanasına
yerləşdirilib. Vəkil Xalid Bağırov isə burnundan yüngül yaralanıb.

Yanvarın 21-də Şəkidə İsmayıllı hadisələri zamanı həbs olunanların
növbəti məhkəməsi keçirilib. Tofiq Yaqublu ötən il yanvarın 23 və 24-də
İsmayıllıda baş vermiş aksiyalar zamanı ictimai qaydanı pozmaqda və
vətəndaşları iğtişaşlara təhrik etməkdə təqsirləndirilir.

Short URL: http://www.cumhuriyyet.net/?p=3520

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930