Tələbə Əli Kərimli 20 yanvarda necə sağ qaldı?

21.01.2014 - 23:59
AXCP sədri 24 il öncənin tarixindən yazdı

 
AXCP sədri Əli Kərimli öz bloqunda 1990-cı ol yanvarın 20-də
baş verən faciə və özünün həmin gün harada olmasıyla bağlı maraqlı yazı
dərc edib. Cumhuriyyet.az həmin fikirləri olduğu kimi oxucularına təqdim
edir: ” 6-cı sinifdə oxuyan qızımın: “Ata 20 yanvar günü sən harada
idin? O gün baş verənləri mənə danış” deməsi məni  xəyalən 20 il öncəyə
-1990-cı ilin 19-20 yanvar günlərinə apardı.

Yanvar ayı başlayandan Bakıda gərginlik daha da artırdı.
Respublikanın o zamankı kommunist rəhbərliyi ya idarəetmədən Moskva
tərəfindən məqsədli şəkildə uzaqlaşdırılmışdı, ya da çox qabiliyyətsiz
olduğundan heç nə edə bilmirdi. Bu arada Bakıda yaşayan ermənilərə
qarşı  Moskvaya bağlı xüsusi xidmət orqanlarının  iştirakı və təhriki
ilə təxribatlar artırdı. O zamankı AXC-nin strukturları çox çalışırdılar
ki, bu təxribatların qarşısı alınsın, heç olmasa bərə vasitəsilə
ermənılərin Türkmənistan limanlarına  salamat köçməsi təmin edilsin.
Amma təxribatlar həm Qarabağ ətrafında, həm də Bakıda elə sürətlə
artırdı ki, hətta bizlər – o zamankı  tələbə gənclik də başa düşürdü ki,
təxribatları artırmaqda Mərkəzin məqsədi  Bakının yenidən işğalına
zəmin yaratmaqdır. Aprel ayında  Azərbaycan Ali Sovetinə seçkilər
olmalıydı, AXC-nin qələbəsi bu seçkilərdə labüd görünürdü. AXC-nin
çoxluq olacağı parlamentin isə elə ilk qərarının dövlət müstəqilliyinin
elanı olacağı da şübhə doğurmurdu.  Azərbaycanın dövlət müstəqilliyinin
 qarşısını almaq üçün  nəhəng təxribat senarisi işə düşmüşdü. Böyük
bəlanın yaxınlaşdığını hiss etsək də, onun qarşısını almaq iqtidarında
deyildik. İmperiya hələ güclü idi. Gücümüzün  qeyri-bərabər olduğunu
bilsək də, hər kəs müqavimət haqqında düşünürdü. O zaman  insanlar daha
passianar, enerjili idilər. Həm də arxivlər yeni açılmışdı və xalq
Azərbaycanın 1920-ci ilin 28 aprelində Qızıl Ordu tərəfindən 
aldadılaraq, müqavimətsiz  işğal olunmasından  çox acıqlı idi. Belə bir
şəraitdə Bakının yenidən işğalına müqaviməti təşkil etmək məqsədi ilə
Milli Müdafiə Şurası yaradıldı. İlk günlər şuranın yaranması AXC İdarə
Heyyətində şərti olaraq “radikal”  və “liberal”  adlanan tərəflər
arasında  fikir ayrılığına səbəb olmuşdu. Amma sonrakı günlərdə Milli
Müdafiə Şurasının  fəaliyyəti  AXC İdarə Heyyəti tərəfindən də zəruri
sayılmış, bu quruma da rəhmətlik Əbülfəz Elçibəyin  Sədrliyi
razılaşdırılmışdı. Beləliklə, o zamankı cəbhədaxili diskussiyalarda
əsasən  Əbülfəz bəyin mövqeyini müdafiə edən tələbə hərəkatı da  MMŞ-yə
qoşulmuşdu. Mən və dostlarım- yurd birliyinin və tələbə hərəkatının
fəalları MMŞ-də çalışırdıq. Ordu Bakı ətrafına cəmləşdikcə adamlar
kortəbii şəkildə şəhərə giriş yolları üzərində  barrikadalar qururdular.
Yolların bağlanması üçün daha çox ağır yük maşınlarından istifadə
olunurdu. Sovet qoşunlarının şəhərə girişinin qarşısını almaq əsl
ümummilli ideyaya çevrilmişdi. Bakı əhalisinin tam əksəriyyəti bu
prosesdə iştirak edirdi. Adamlar çox cəsarətli olmuşdular. Gözlənilən
təhlükənin  çox böyük və real olması dərk olunsa da heç kim qorxmurdu.
Bəlkə də qorxanlar var idi. Amma onlar da ümumi fona xələl gətirməmək
üçün qorxularını gizlədirdilər.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3524

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Dekabr 2022
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031