Suriya döyüşçülərinin şok sirri

22.01.2014 - 00:17

Vəhhabiliyə necə cəlb edirlər?-“Oğlumun beynini on-layn şəkildə…”

 

Suriya prezidenti Bəşər Əsəd rejimi ilə vuruşan silahlı qrup
rəhbərləri eyni zamanda Böyük Britaniya və başqa ölkələr üçün
terrorçular hazırlayırlar. Bu barədə “Daily Telegraph”
yazıb.”ABŞ, Britaniya və Fransa pasportu daşıyan gənc döyüşçülərə terror
aktları törətməyi, maşınları partlatmağı öyrədir və sonra vətənə
yollayırlar. Cihadçılar vətənlərində partlayış törətmək üçün əmr
gözləyəcəklər. Güman edilir ki, Suriyada on minlərlə xarici döyüşçü
olur. Onlar evlərinə qayıdanda ölkəsi üçün ən böyük təhlükə olacaq”, –
qəzet Fransa daxili işlər naziri Manuel Valsın xəbərdarlıq etdiyini
bildirir.

“Əl-Qaidə” Suriyada Böyük Britaniya və başqa Avropa ölkələrindən
yüzlərlə cihadçıya məşq keçir. Onlar evlərinə qayıdaraq terror
təşkilatının bölmələrini yaratmaq tapşırığı alırlar. Bu barədə Türkiyədə
sığınan suriyalılardan biri “Daily Telegraph” qəzetinə danışıb.
Şərti adı Murad olan şəxs daha əvvəllər “İraq və Şam-İslam Dövləti”
qruplaşmasının döyüşçüsü idi. Onun sözlərinə görə, Böyük Britaniya,
kontinental Avropa və ABŞ-dan olan döyüşçülərə antiqərb dərsləri
keçirilir və terror aktlarını həyata keçirməyi öyrədirlər.
Muradın sözlərini “MI5” Britaniya əks-kəşfiyyatı da təsdiq edir. “MI5″in
məlumatına görə, Suriyada 500-ə qədər Britaniya vətəndaşı vuruşur.
Murad “xarici döyüşçülərə keçirilən təlimlər zamanı 11 Sentyabr 2001-ci
il terroru qürurla xatırlanır. Məhv edilməsi lazım olan hədəflərdən
danışılır. Onların arasında Ağ Ev də var. Hər gün namaz qılınması üçün
saat beşdə qalxırdılar. Bundan sonra Quranın öyrədilməsi başlanır. Daha
sonra isə bir-iki saat məşq keçirilir. Məqşlərin müxtəlif tipləri var.
Bəzən bədənimizə beş detonator bərkidilir və döyüşlərdə onları
daşıyırdıq. Əsas nəsihətlərdən biri əsir alınmağımıza imkan verməmək
idi”, -Murad danışır.
Murad sonradan başa düşür ki, Azad Suriya Ordusu başqa silahlı qrupların
üzvlərini öldürməyə başlayıb. Muradın rəhbərləri danışırdılar ki, Bəşər
Əsəd rejiminin bazasına hücüm etmək lazımdır. “Amma əslində orada başqa
üsyançı qruplar var idi” deyən Murad öz qruplaşması ilə qaçmağa nail
olub.
Britaniya əks-kəşfiyyatı keçən həftə vətəndaşı olan iki potensial
döyüşçünü Suriyada ələ keçirə bilib. “Daily Telegraph” fransız xüsusi
xidmət orqanlarının bu işdə o qədər də uğurlu olmadığını bildirir.
Fransa kəşfiyyatı Tuluza şəhərindən 15 yaşlı iki oğlanın Suriyaya yola
düşməsindən sonradan xəbər tutub. Bu cavan oğlanlar 6 Yanvarda tətildən
məktəbə qayıtmayıblar. Sonradan aydın olub ki, onlar ailəsinə məxsus
kredit kartları ilə Yaxın Şərqə təyyarə bileti alıblar.
Onlardan birinin atası” Depeche” qəzetinə bu sözləri danışıb: “Dekabrda
oğlumun beynini onlayn şəkildə yumağa başladılar. O, Suriyadakı vətəndaş
müharibəsi haqqında videoya baxırdı. Oğlum sosial şəbəkələrdə fasiləsiz
otururdu və “Əl-Qaidə” döyüşçüləri ilə danışırdı. Oğlum onları qardaşı
adlandırırdı. Oğluma zəng edəndə “səninlə bir ay sonra əlaqə
saxlayacağam, əgər sağ olaramsa” deyirdi”.
Fransa daxili işlər naziri M.Vals bildirib ki, hazırda Suriyaya gedərək
vətənə qayıdan fransız vətəndaşlarının sayı təxminən 700 nəfərdir.
“Təhlükə var, bu təhlükə dalğası Fransanı və Avropanı aşacaq”, –
fransalı nazir narahatlığını bildirir.Qərb mətbuatının yazdığına görə,
xarici döyüşçülər əksər hallarda Suriyaya Türkiyə vasitəsilə daxil
olurlar.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3525

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930