Azərbaycanda təhlükəli epidemiya

22.01.2014 - 00:42

Hazırda yayılan
skarlatina virusu kəskin infeksion xəstəlikdir

Hazırda yayılan
skarlatina virusu kəskin infeksion xəstəlikdir 

 

Ölkədə tüğyan edən qrip virusu ilə yanaşı skarlatina, qızılca, su
çiçəyi və H2N3 qrip virusu yayılıb. Artıq orta məktəblərdə şagirdlərin
kütləvi davamiyyətsizliyi müşahidə olunur. Xəstəlik təkcə azyaşlılar
arasında deyil, bütün yaş qruplarında özünü göstərir. 8 saylı xəstəxananın baş həkimi Tamilla Kərimova İnterpress.az-a
verdiyi açıqlamada bildirdi ki, bu infeksiyalar ritmik olaraq baş
qaldırır. Bu, bütün dünyada belədir: “Mütləq bu infeksiyalara tutulan
hər bir şəxs həkimə müraciət etməlidir. Lazımı müalicə kursu
keçməlidir”.

Məsələ ilə bağlı münasibət öyrənmək üçün Bakı Gigiyena və
Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva ilə gün ərzində
telefon bağlantısı yaratmağa çalışsaq da bu alınmadı.

Tibbi ekspert Aqil Qeybulla isə saytımıza verdiyi açıqlamada ölkədəki
epidemiyanın çox təhlükəli olduğunu vurğuladı: “İndi Azərbaycanda
yayılan qripin H2N3 virusu olması haqqında mətbuata artıq məlumat sızıb.
Lakin bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hələ ki, raport
verməyib. Bütün hallarda qripə yoluxanlar çoxlu maye qəbul etməlidir və
havaya çıxmamalıdır, sağalana qədər yataqda qalmalıdır. Hazırda
ölkəmizdə yayılan qripin bu növü çox təhlükəlidir”.

Qeyd edək ki, hazırda ölkəmizdə qriplə yanaşı geniş yayılan
skarlatina virusu titrətmə, intoksikasiya, angina və kütləvi nöqtəvari
səpkilərlə xarakterizə olunan kəskin infeksion xəstəlikdir. Daha çox
2-10 yaşlı uşaqlar xəstələnirlər.

Skarlatinanın törədicisi A qrup streptokoklardır ki, bunlar da
böyrəklərin zədələnməsi, angina, xroniki tonzilit, revmatizm və digər
xəstəliklər yaradır.

Xəstənin ağzına baxdıqda tünd – qırmızı selikli qişa, irinli ərp olan
damaq badamcıqları və moruğu sormacları böyümüş dil görmək mümkündür.

Üzdə yalnız yanaqlarda səpki olur, eyni zamanda ağız-burun
üçbucağında səpki qeydə alınmasa da rəngi solğun olur, bu da
skarlatinanın xarakterik əlamətidir.3-5 gündən sonra dəri solğunlaşır,
səpgilər gedir və dəri soyulmağa başlayır.

Qızılca isə kəskin yoluxucu virus xəstəliyidir. Qızılca ilə bütün
yaşlarda xəstələnmə olur, lakin çox vaxt 1-5 yaş arası uşaqlar
yoluxmurlar.

Virus orqanizmə hava-damcı yolu ilə keçir, yuxarı tənəffüs yollarının
katarı, ləkəli səpkilərə səbəb olur. Qızılca törədicisinin giriş qapısı
burun-udlaqdır.

Xəstəliyin mənbəyi xəstə insandır. Qızılca zamanı virusdaşıma olmur,
lakin xarici mühitə virus ifraz edir. Xəstə ilk 3 gün və səpkinin ilk
günündə daha yoluxdurucu olur. Səpkinin 4-cü günündən etibarən xəstə
digərlərini yoluxdurma qabiliyyətini itirir.

Su çiçəyi də geniş yayıldığından xatırladaq ki, bu virus mənşəli
infeksion xəstəliklərdən olub, “varisella zoster” adlı viruslar
tərəfindən törədilən, özünü qaşıntı verən səpkilər, yüksək temperatur və
baş ağrıları, bəzən öskürək ilə müşaiyət olunan bir xəstəlikdir.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3527

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2024
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930