Milli Şura daha bir media təxribatını təkzib etdi

Gülalıyev deyib: “İnsanlar Milli Şuraya könüllü qoşulublar və Milli
Şuradan könüllü kimsə getsə, bunu faciə kimi qələmə vermək düzgün deyil.
Əsas odur ki, Milli Şura öz fəaliyyətini davam etdirir, Milli Şuranın
strukturları formalaşır, artıq sədr aparatı, koordinasiya şurası
yaradılıb. Milli Şuranın 2014-cü il üçün fəaliyyət planı hazırdır. İlk
tədbir yanvarın 28-i Məmmədəmin Rəsulzadənin yubileyi ilə əlaqədar
olacaq. Milli Şura yanvarın 31-i Məmməd Əmin Rəsulzadənin doğulduğu
kəndi, Novxanını ziyarət edəcək. Milli Şuranın dağılıb, tükəndiyini
deyənlər özləri tükəniblər. Milli Şura bütün təzyiqlərə baxmayaraq öz
funksiyasını davam etdirir”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3529