Jurnalistlər necə dolanır

22.01.2014 - 15:00

Telekanallar, informasiya agentlikləri, gündəlik qəzetlər və populyar
xəbər portallarında çalışan jurnalistlərin aylıq gəlirləri 500 manat və
daha yüksək olub

 
Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ) Azərbaycan jurnalistlərinin
2013-cü il üzrə sosial durumlarına dair yekun hesabatını açıqlayıb. Mətbuata verilən xəbərlərə görə, JuHİ Azərbaycan jurnalistlərinin 2013-cü ildə sosial
durumlarının öyrənilməsi üzrə araşdırmalarını başa çatdırıb.
JuHİ sədri Müşfiq Ələsgərli bildirib ki, təşkilatın keçirdiyi sorğuya
ictimai rəyə təsir imkanları və stabil dövriliyi ilə seçilən 30
ümumrespublika yayımlı qəzet, 3 informasiya agentliyi, 5 xəbər portalı,
həmçinin 8 həftəlik qəzet (5 regional, 3 ümumrespublika yayımlı), 4
televiziya (2 regional, 2 ümumrespublika yayımlı) redaksiyalarının
əməkdaşları cəlb edilib (ümumilikdə 50 redaksiya əhatə olunub).
Sorğu iştirakçıları çalışdıqları redaksiyalarda aylıq gəlirlərinin
miqdarı, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sosial və tibbi
sığortaya cəlb edilmələri və digər məsələlərlə bağlı sualları
cavablandırıblar. Sorğu üzrə aşağıdakı nəticələr alınıb:
1. Gündəlik nəşr edilən qəzetlərdə, informasiya agentliklərində və ümumrespublika yayımlı telekanallarda:
– İşçilərlə fərdi əmək müqavilələrinin bağlanmasında irəliləyiş var:
sorğuya cəlb edilən 95 faiz redaksiyalarda fərdi əmək müqavilələri
bağlanıb. Baxmayaraq ki, müqavilələr redaksiyaların bütün əməkdaşlarına
şamil edilməyib. Orta hesabla, hər bir redaksiyada ən yaxşı halda
əməkdaşlardan yalnız 60 faizi ilə fərdi əmək müqavilələri bağlanıb. Amma
burada əvvəlki illərlə müqaisədə ciddi irəliləyiş var. Belə ki, ötən
illər üzrə keçirilən sorğulardan belə nəticə çıxırdı ki, redaksiyalarda
işçilərin 30 faiz ilə əmək müqavilələri bağlanıdı, qalan işçilər şifahi
sövdələşmə ilə çalışırdılar.
– Əmək müqavilələrinin simvolik xarakterli olması problemi isə yenə də
aktuallığını qoruyur, əksər redaksiyalarda əmək müqavilələri əmək haqqı
və digər məsələlərlə bağlı reallığı əks etdirmir;
– Tibbi sığorta təcrübəsi yoxdur və ya minimum səviyyədədir , 3 redaksiyada kampaniya formalı tibbi müayinələr tətbiq edilib.
2. Jurnalistlərin aylıq gəlirlərində ötən illərlə müqaisədə ciddi artım müşahidə edilib:
a) Ümumrespublika yayımlı telekanallarda, informasiya agentliklərində,
gündəlik qəzetlərdə və populyar xəbər portallarında çalışan
jurnalistlərin aylıq gəlirləri 500 manat və daha yüksək olub (sorğu
iştirakçılarının 90 faizi). Sorğu iştirakçılarının az qismi (4 faiz)
350-450 manat, qalanları isə (6 faiz) 600-700 manat və daha yuxarı həddə
aylıq gəlir əldə etdiklərini bildiriblər. Məlumat üçün qeyd edək ki,
2011-2012-ci illər üzrə keçirilən sorğularda bu kateqoriya üzrə
jurnalistlərin orta aylıq gəlirləri 350-400 manat civarında qeyd
edilirdi.
b) Ümumrespublika yayımlı həftəlik qəzetlərdə çalışan jurnalistlərin də
aylıq gəlirlərində ötən illərlə müqayisədə artım qeydə alınıb. Bu
kateqoriya üzrə redaksiyalarda çalışan jurnalistlərin orta aylıq
gəlirləri 250-300 manat arasında dəyişir.
3. Regionlarda isə vəziyyət belədir:
a) Regional qəzetlərdə çalışan jurnalistlərin orta aylıq gəlirləri 150-200 manatla ifadə olunur.
b) Regional televiziyalarda çalışan jurnalistlərin aylıq gəlirləri isə 250-300 manatdır.
Sorğu iştirakçıları 2013-cü ildə qeydə alınan digər yeniliklər barədə də fikirlərini bildiriblər:
a) Mənzilsizlik probleminin aradan qaldırılması istiqamətində ciddi
addımlar atılıb. Prezident İlham Əliyevin sərəncamı ilə inşa edilən 156
mənzillik bina 2013-cü ildə jurnalistlərin istifadəsinə verilib. Paralel
olaraq ikinci binanın inşasına başlanılıb ki, bu da mənzil problem olan
jurnalistlərin bu qayğıdan birdəfəlik qurtarmasına şərait yaradıb.
b) Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına
Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist müsabiqələri
vasitəsilə çoxsaylı jurnalistlərin mükafatlandırılmaları jurnalistlərin
gəlirlərinin artmasına təsir edən amillər sırasında qeyd edilib. Məlumat
üçün bildirək ki, 2013-ci ildə 200-dən artıq jurnalist bu müsabiqələrin
qalibi olaraq əlavə maddi gəlir əldə ediblər.
c) Media işçilərinin banklardan kredit almaq imkanlarının yaranması
2013-cü ilin yenilikləri sırasında qeyd edilir. Məlumat üçün bildirək
ki, əvvəlki illər üzrə keçirilən sorğularda bankların jurnalistlərə
kreditlər verməkdən imtina etmələri ciddi problem kimi önə çəkilirdi.
d) Uğurlu faktlar sırasında media sferasında iş yerlərinin artımı və ya
mövcud iş yerlərinin qorunub saxlanılması da göstərilib. 2013-cü ildə
ciddi media qurumları sırasında fəaliyyətlərini dayandıranlar qeydə
alınmayıblar. Məlumat üçün bildirək ki, KİV redaksiyalarının bağlanması,
nəticədə jurnalistlərin öz iş yerlərini itirməsi praktikası əvvəlki
illərdə ciddi problemlər sırasında olub. 2011-2012-ci illərdə bu
problemin aradan qalxması tendensiyası müşahidə edilib. 2013-cü ildə isə
bu kateqoriya üzrə hər hansı fakt qeydə alınmayıb
 
 
 
https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3533

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Oktyabr 2024
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
28293031