Bakı Apelyasiya məhkəməsi Elşad Abdullayevə haqq qazandırdı

22.01.2014 - 15:42

Bakı Apellyasiya Məhkəməsində fəaliyyəti dayandırılmış
Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad
Abdullayevin yaydığı videoda görüntüsü olan Natiq Babaşov və ABU-ya işə
düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən Mirsahib Məcidovun
apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

Bakı Apellyasiya Məhkəməsində fəaliyyəti dayandırılmış
Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad
Abdullayevin yaydığı videoda görüntüsü olan Natiq Babaşov və ABU-ya işə
düzəltmək adı ilə dələduzluq etməkdə təqsirləndirilən Mirsahib Məcidovun
apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.
 

Aldığımız məlumatlara görə, məhkəmə təqsirləndirilən şəxslərin vəkilləri
tərəfindən verilmiş apellyasiya şikayətlərini təmin etməyib.

Qeyd edək ki, E. Abdullayevin ötən il iyul ayında yaydığı videoda
Natiq Babaşov özünü prezidentin mühafizə xidmətinin əməkdaşı kimi təqdim
edir və Mahir Abdullayevi gətirməyə söz verir.

M. Məcidov isə fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq
Universitetinə bir nəfəri işə düzəltmək adı ilə pul alıb və həmin şəxsin
şikayəti əsasında axtarışa verilib.

Binəqədi Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin
əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.
Məcidov tutulub.

Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinin müxtəlif
bəndələrinə əsasən ittiham edilən təqsirləndirilən şəxslərin hər biri
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il müddətinə azadlıqdan
məhrum edilib.

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500

Short URL: http://www.cumhuriyyet.net/?p=3537

XƏBƏR LENTİ

virtual_roadi

Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Noyabr 2023
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
27282930