ABŞ məmurları cəzalandırdı

22.01.2014 - 15:50

ABŞ-dan Ukrayna məmurlarına sanksiya

 
ABŞ-ın Kiyevdəki səfirliyi bəyan edib ki, təhlükəsizlik qüvvələri
tərəfindən nümayişçilərə qarşı zor tətbiqinə cavab olaraq Ukrayna
məmurlarının bir qrupuna qarşı viza qadağası tətbiq edilib.

Səfirliyin saytında yer alan bəyanata görə söhbət Müstəqillik
Meydanında mitinqçilərə qarşı güc tətbiqinə görə məsuliyyət daşıyan
şəxslərdən gedir. Səfirlik onların ABŞ vizasını ləğv edib. ABŞ-a girişi
qadağan olunan Ukrayna məmurlarının adları açıqlanmır. Həmçinin həmin
şəxslərin güc strukturlarını, yoxsa hökuməti təmsil etdiyi məlum deyil.
Səfirlik bildirir ki, Amerika qanunları viza qadağası tətbiq olunan
şəxslərin adlarının açıqlanmasına icazə vermir. Bəyanatda bildirilir ki,
Dövlət Departamentinin insan haqlarının kobud şəkildə pozulmasında əli
olan istənilən xarici ölkə məmuruna qarşı belə qadağa tətbiq etmək
səlahiyyəti var.

Bu arada Ukrayna müxalifətinin liderlərindən Oleq Tyaqnibok hamını bu
gün axşam Kiyevin Müstəqillik Meydanına toplaşmağa çağırıb. “Hamı
Maydana! Mitinqdən sonra küçə yürüşləri və sonrakı addımlar başlayacaq!
Xalq 100 faiz səfərbər olunmalıdır. Hamı Kiyevə, meydana yığışsın. Bu
gün Ukrayna dövlətinin taleyi həll olunacaq!” deyə o, xalqa müraciət
edib

Short URL: http://www.cumhuriyyet.net/?p=3538

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Yanvar 2025
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031