Ermənilər yenə hücuma keçirlər
Düşmənin cəhdinin qarşısı ilkin mərhələdə qətiyyətlə alınıb və onlar itki verərək geri çəkilmək məcburiyyətində qalıblar
Cəbhədə vəziyyət gərgin olaraq qalır.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, ermənilər cəbhənin
müxtəlif istiqamətlərində sutka ərzində ümumilikdə 50 dəfə atəşkəs
rejimini pozublar.
Erməni kəşfiyyat-diversiya qrupu cəbhənin cənub-qərb istiqamətində
(Xocavənd rayonunun şərqindən) qoşunların təmas xəttini keçməyə cəhd
göstərib. Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində
həyata keçirilən cavab tədbirləri ilə düşmənin cəhdinin qarşısı ilkin
mərhələdə qətiyyətlə alınıb və onlar itki verərək geri çəkilmək
məcburiyyətində qalıblar.
Eyni zamanda erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan
Respublikasının Berd rayonunun Çinari, Mosesqex kəndlərində və adsız
yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Koxanəbi
kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə
tutublar.
Füzuli rayonunun Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Ağdam rayonunun
Mərzili, Yusifcanlı, Cəvahirli, Baş Qərvənd, Şıxlar, Tərtər rayonunun
Çaylı, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun
Tapqaraqoyunlu kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən
mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri intensiv olaraq atəşə
tutulub.
Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub.
“Son günlər cəbhədə baş verən gərginlik fonunda Ermənistan kütləvi
informasiya vasitələrində verilən məlumatlarla bəzi yerli
ekspertlərimizin səsləndirdikləri fikirlərin üst-üstə düşməsi təəssüf
hissi doğurur”-deyə Azərbaycan Müdafiə Nazirliyi bəyan edib.
Short URL: http://www.cumhuriyyet.net/?p=3540