Yanukoviç müxalifətə əl uzatdı

22.01.2014 - 16:56

Ukraynada müxalifət liderlərinin prezident Viktor Yanukoviçlə görüşü başlayıb

 

Bu xəbəri “Twitter” səhifəsində “Batkivşina” parlament fraksiyasının
rəhbəri Arseni Yatsenyuk yazıb. Yatsenyukla yanaşı prezidentlə görüşə
UDAR partiyasının rəhbəri Vitali Kliçko və milliyətçi “Azadlıq”
partiyasının lideri Oleq Tyaqnibok yollanıb.

*   *   * 14:27

ABŞ-ın Kiyevdəki səfirliyi bəyan edib ki, təhlükəsizlik
qüvvələri tərəfindən nümayişçilərə qarşı zor tətbiqinə cavab olaraq
Ukrayna məmurlarının bir qrupuna qarşı viza qadağası tətbiq edilib.

 Səfirliyin saytında
yer alan bəyanata görə söhbət Müstəqillik Meydanında mitinqçilərə qarşı
güc tətbiqinə görə məsuliyyət daşıyan şəxslərdən gedir. Səfirlik onların
ABŞ vizasını ləğv edib. ABŞ-a girişi qadağan olunan Ukrayna
məmurlarının adları açıqlanmır. Həmçinin həmin şəxslərin güc
strukturlarını, yoxsa hökuməti təmsil etdiyi məlum deyil. Səfirlik
bildirir ki, Amerika qanunları viza qadağası tətbiq olunan şəxslərin
adlarının açıqlanmasına icazə vermir. Bəyanatda bildirilir ki, Dövlət
Departamentinin insan haqlarının kobud şəkildə pozulmasında əli olan
istənilən xarici ölkə məmuruna qarşı belə qadağa tətbiq etmək
səlahiyyəti var.

Bu arada Ukrayna müxalifətinin liderlərindən Oleq Tyaqnibok hamını bu
gün axşam Kiyevin Müstəqillik Meydanına toplaşmağa çağırıb. “Hamı
Maydana! Mitinqdən sonra küçə yürüşləri və sonrakı addımlar başlayacaq!
Xalq 100 faiz səfərbər olunmalıdır. Hamı Kiyevə, meydana yığışsın. Bu
gün Ukrayna dövlətinin taleyi həll olunacaq!” deyə o, xalqa müraciət
edib.

*   *   * 14:19

Ötən gecə Kiyevdə 50-dən çox adam oğurlanıb.

Bu barədə Ukrayna Baş Prokurorluğunun rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, gecə saatlarında şəhərin küçələrində
naməlum şəxslər kütləvi talanlar ediblər, qapı və pəncərələri sındıraraq
insanları oğurlayıblar.

“Şahidlərin sözlərinə görə, oğurlanan adamları döyürdülər, sonra
naməlum istiqamətdə aparırdılar. Bəziləri indi Həmkarlar İttifaqının
binasındadır, digərlərinin harada olduğu məlum deyil. Şəhərdə
gərginliyin artması üçün ekstremist qruplaşmalarının üzvləri paytaxt
küçələrində vətəndaşlara xəsarətlər yetirirlər, avtomobilləri
yandırırlar”- deyə məlumatda vurğulanır.

*   *   * 11:48

Kiyevdəki iğtişaşlarda
ölənlərdən biri 22 yaşlı müxalifət fəalıdır. O, yanvarın 21-də “Dinamo”
stadionunun hasarının üstündən yıxılıb və daha sonra xəstəxanada ölüb.

Müxalif fəal stadionun hasarının üstündən təhlükəsizlik qüvvələrinə
“Molotov kokteyli” və fişəng atırmış. “Berkut” xüsusi təyinatlıları
onlara hücum edəndə etirazçılar tələsik aşağı düşüb. Bu zaman 21 yaşlı
fəal 13 metr hündürlükdən yıxılıb və ağır xəsarətlər alıb.

Ölənlərdən ikincisi də gəncdir. O, bu gün səhər Qruşevski küçəsində
xüsusi təyinatlılarla toqquşmalarda güllələnib. Ölən şəxsin adı Sergey
Niqoyandır. Onun dörd güllə yarası aldığı bildirilir. Niqoyanın cəsədi
xəstəxanaya aparılıb. Məhkəmə-tibb ekspertləri və milis xəstəxanaya
gedib. İkinci etirazçının öldüyünü Müstəqillik meydanında mitinqləri
idarə edən qərargah da təsdiqləyib.

Ukrayna mənbələri xəbər verir ki, neçə gündür qanlı iğtişaşların
davam etdiyi Qruşevsk küçəsində etirazçıların qarşısına Daxili
Qoşunların generalı çıxıb. O, familiyasını deməyib və xahiş edib ki,
sifətini çəkməsinlər. General nümayişçilərlə danışıqlara başlayıb və
xahiş edib ki, təhlükəsizlik qüvvələrini təxribata çəkməsinlər və
aksiyanı dinc keçirsinlər. Əks halda onların güc tətbiq etmək
səlahiyyəti var.

Xatırladaq ki, Kiyevdə etirazların yeni dalğası Yanukoviç
hakimiyyətinin kütləvi aksiyalara qadağalar tətbiq edən və internetdə
senzuranı gücləndirən sərt qanunları qəbul etməsindən sonra başlayıb.
Müxalifət tərəfdarlarının əsas hissəsi Müstəqillik meydanında dinc
mitinq keçirir, lakin daha radikallar hökumət binalarının yerləşdiyi
Qruşevski prospektində cəmləşib və günlərdir təhlükəsizlik qüvvələri ilə
toqquşur.

*   *   * 11:29

Dünən gecədən başlayaraq Ukraynanın paytaxtı Kiyevdə qızışan iğtişaşlar qanlı sonluqla nəticələnib.

Qruşevski küçəsində Daxili Qoşunların və “Berkut” xüsusi
təyinatlı dəstəsi ilə etirazçılar arasında toqquşmalar əlbəyaxa davaya
keçib.

Verilən xəbərlərə görə, etirazçılar arasında yaralananlar var, 2 nəfər ölüb

 

.

Short URL: http://www.cumhuriyyet.net/?p=3543

XƏBƏR LENTİ

virtual_roadi

30.08.2024Uğurun memarı
Рейтинг@Mail.ru

Telefon:077 333 90 09
E-mail:cumhuriyyetqezeti@gmail.com;
Sayt "Yeni Cumhuriyyət" qəzetinin rəsmi internet saytıdır.
Saytın yazılarından istifadə olunan zaman istinad və yazının linkinin göstərilməsi zəruridir
Hazırladı - "QURDQANLI" DSGN

en son xeberler

Aprel 2025
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930