İsmayıllı prosesi: zərərçəkənlər tutulanlara azadlıq istədi
Yanvarın 22-də Şəki Ağır Cinayətlər Məhkəməsi İsmayıllı hadisələri üzrə dinləmələri davam etdirib.
gün məhkəmənin iclası başlamazdan öncə vəkillər təqsirləndirilən Tofiq Yaqubluya
bildiriblər ki, yanvarın 21-də onun həyat yoldaşı, qızı, vəkili Xalid
Bağırov Müsavat Partiyasının fəalı Çingiz Əlinin idarə etdiyi maşında
yol qəzasına düşüblər. Tofiq Yaqubluya doğmaları ilə telefon əlaqəsi
saxlamaq imkanı verilib.
Məhkəmə iclası zamanı 19 şahid və 2 zərərçəkən dindirilib.
Dindirilənlərin heç biri təqsirləndirilənlərin əleyhinə ifadə verməyib.
Zərərçəkənlər hadisə baş verən gün “Çıraq” otelində qalan şəxslər olub.
Bakı sakinləri olan bu adamlar otel yandığından gecələyə bilmədiklərinə
görə zərərçəkən kimi tanınıblar. Onların hər birinə dəyən zərər 40 manat
həcmində dəyərləndirilib. Zərərçəkənlər bildiriblər ki, müttəhimlərə
heç bir iradları yoxdur və onların tezliklə azadlığa buraxılmasını
istəyirlər.
Ötən il yanvarın 23-də İsmayıllı şəhərindəki “Çıraq” otelinin
inzibatçısı Emil Şəmdinov və onun tanışı Elməddin Məmmədov yerli
sakinləri təhqir edib. Bu insident böyüyərək “Çıraq” otelinin və
müxtəlif markalı avtomobillərin yandırılması ilə nəticələnən kütləvi
aksiyaya çevrilib. Yanvarın 24-də də davam edən aksiyada İsmayıllı Rayon
İcra Hakimiyyətinin başçısının istefası tələb olunub.
İsmayıllı olaylarına görə 18 nəfər həbsdədir. İstintaqı Baş
Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi aparıb.
İstintaqları ayrıca aparılmış Emil Şəmdinov 9 il 6 ay, Elməddin Məmmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Short URL: http://www.cumhuriyyet.net/?p=3545