Azad Mursalıyev aclıq aksiyasına başladı
“Ailə
olaraq bizə qarşı aparılan repressiyalara və təzyiqlərə son qoyulsun”
Mahir Abdullayevin Hüquqlarını
Müdafiə Komitəsinin sədri, Elşad Abdullayevin səlahiyyətli nümayəndəsi Azad
Mursaliyev bu gün aclıq aksiyasına başlayıb. Qutqaşınlı 9 ünvanında keçirilən aclıq
aksiyasının tələbləri ilə bağlı A.Mursaliyev tərəfindən pres relizə yayılıb.
Redaksiyamızın elektron
poçtuna daxil olan pres-relizedə deyilir: “Mən – Mahir Abdullayevin
Hüquqlarının Müdafiə Komitəsinin sədri Azad Mursaliyev 22 yanvar 2014- cü il
tarixdən aclıq aksiyasına başlamışam. Məni bu addımı
atmağa vadar edən səbəb respublika Baş
prokurorluğunun vəsatət və təqdimatı əsasında
məhkəmələr tərəfindən hərəkət azadlığımın qanunsuz
və əsassız olaraq məhdudlaşdırılmasıdır.
Şəxsi
işimlə əlaqədar Şimali Kipr Türk
Respublikasına getmək üçün 01 noyabr
2012-ci il tarixdə “Türk Hava
Yolları” şirkətindən Bakı-İstanbul-Ərcan marşrutu
üzrə uçmaq istəyərkən hava limanında saxlanıldım və
respublika prokurorluğuna gətirildim. Orda mənə bildirdilər ki,
dayım Abdullayev Mahir İslam oğlunun
oğurlanması (öldürülməsi) faktına görə
başlanmış 105157 saylı cinayət işinin
istintaqı ilə bağlı mənim ölkədən getmək
hüququm məhdudlaşdırılmışdır. Mən onlara öz
narazılığımı bildirib onlardan hansı cinayət
işi üzrə və hansı əsasla mənim
ölkədən getmə hüququmu məhdudlaşdırdıqlarını soruşdum.
Prokurorluğun əməkdaşı Elmar Camalov bildirdi ki.
bu işdə onların günahı yoxdur, cinayət
işinin istintaqını aparan əvvəlki müstəntiq
tərəfindən sənin ölkədən getmək hüququn
məhdudlaşdırılmışdır. Bu söhbətdən sonra mən
sərbəst buraxıldım, mənim hər hansı
izahatım və ifadəm alınmadı. Bu da onu
göstərir ki, Baş prokurorluq hər hansı
hüquqi zərurət olmadan mənim ölkədən getmək
hüququmu əsassız olaraq məhdudlaşdırmışdır.
Azərbaycan
Respublikasının Baş Prokurorluğu və
məhkəmələrinin bu cür əsassız və qanunsuz
hərəkətlərini dayım Abdullayev Elşad İslam
oğlunun qohumlarına qarşı edilən təzyiqlərin
tərkib hissəsi kimi qiymətləndirirəm. Belə
ki, dayım Abdullayev Mahir İslam
oğlu 2003-cü ildə naməlum şəraitdə
oğurlanmış və bu günədək aqibəti məlum
deyil. Elşad Abdullayev qardaşı Mahir Abdullayevin
hüquqi müdafiə işi ilə məşğul olaraq,
bu işdə yüksək vəzifəli şəxslərin əli
olduğunu açıq-aşkar bəyan etdi və bundan
sonra o, təzyiqlərə məruz qaldı. Mahir
Abdullayevin hüquqlarının müdafiəsinə içtimai
dəstək vermək, bununla da onun uzun
illərdir ki, həllini tapmayan pozulmuş
hüquqlarının bərpa olunmasına nail olmaq
üçün Mahir Abdullayevin Hüquqlarının Müdafiə
Komitəsinə rəhbərlik etməyə başladım. Bundan
sonra Abdullayevlərin Azərbaycan Respublikasında
yaşayan qohumları, o cümlədən mən bir
sıra dövlət orqanları tərəfindən müxtəlif
məzmunlu təzyiqlərə məruz qaldıq.
Azərbaycan
Respublikası Baş Prokurorluğunun mənim ölkədən
getmək hüququmun məhdudlaşdırılmasını qanunsuz
və əsassız hesab etdiyimdən həmin
məhdudlaşdırma ilə bağlı 1 saylı Bakı
İnzibati-İqtisadi Məhkəməsinə, Bakı Apelyasiya
Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına, daha sonra isə
Səbail Rayon şikayət verdim. Lakin heç bir şikayətim
təmin edilmədi. Sonra Bakı Apelyasiya Məhkəməsinin
Cinayət Kollegiyasının qərarından Azərbaycan
Respublikasının Ali Məhkəməsinin Cinayət
Kollegiyasına kassasiya şikayəti
verdim. Milli qanunvericiliyə görə bu kateqoriya
işlər üzrə apelyasiya məhkəməsi sonuncu
instansiya olduğundan Azərbaycan Respublikası Ali
Məhkəməsinin Cinayət Kollegiyasının 09 sentyabr
2013-cü il tarixli qərarı ilə
kassasiya şikayəti baxılmamış saxlanıldı.
Bununla da mənim ölkə daxili hüquqi
müdafiə vasitələrim tükəndi. Bundan başqa Respublika
Prokurorluğuna, Daxili İşlər Nazirliyinə, Sərhəd Qoşunları xidmətinə, dövlət
vaşçısına müraciət etmişəm, vəkilim Adil İsmayılov müvafiq dövlər qurumlarına
sorğular göndərib. Amma bu müraciətlərə heç bir cavab almamışıq. Qohumumuz
Mübariz Abdullayevə qarşı qanunsuzluq və işgəncə faktının ortaya çıxması isə
tamamilə səbrimi daşdırdı. Mənim başqa çıxış yolum olmadığından aclıq aksiyası
keçirməklə aidiyyatı qurumların, dövlət başçısın və insan haqları
təşkilatlarının diqqətini bu problemə yönəltmək istəyirəm.
Aclıq
aksiyasında 3 tələbim var. Birincisi yuxarıda qeyd etdiyim kimi əsassız olaraq
mənim ölkədən çıxışıma qoyulan qadağanın götürülməsidir. Digər tələbim ondan
ibarətdir ki, üstündən 10 il keçsə də naməlum şəkildə oğurlanmış dayım Mahir
Abduallayevin taleyinə aydınlıq gətirilsin. Bu boyda cinayət faktı ortada ola-
ola cinayətin açılması üçün heç bir addım atılmayıb. İndiyə qədər bir nəfər də
olsun məsuliyyətə cəlb olunmayıb. Əksinə zərərçəkənin ailə üzvlərinə,
qohumlarına qarşı repressiyalar aparılır. Sonuncu tələbim də odur ki, ailə
olaraq bizə qarşı aparılan repressiyalara və təzyiqlərə son qoyulsun”.
Short URL: http://www.cumhuriyyet.net/?p=3547