Milli Şuranın koordinasiya şurası ilk dəfə toplandı
Siyasi məhbusların müdafiəsi və azadlığa çıxması 2014-cü ildə Milli Şuranın prioritet hədəflərindən biri kimi müəyyən edilib
Şurasının ilk iclası keçirilib. İclasda Koordinasiya Şurasının
üzvlərindən 14 nəfər iştirak edib.
Milli Şurasının mətbuat katibliyindən verilən məlumata görə, iclasda
ölkədəki mövcud ictimai-siyasi vəziyyət dəyərləndirilib və Milli Şuranın
fəaliyyətinin gücləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Ölkədə demokratik seçki mühitinin yaradılması uğrunda mübarizə Milli
Şuranın qarşıdakı dönəmdə əsas hədəflərindən biri sayılıb.
Siyasi məhbusların müdafiəsi və azadlığa çıxması 2014-cü ildə Milli
Şuranın prioritet hədəflərindən biri kimi müəyyən edilib və bu sahədə
atılacaq addımlar müəyyən edilib. Həmçinin Qarabağ döyüşçüsü Zaur
Həsənovun intihar olayı ilə bağlı 29 dekabr 2013-cü ildə keçirilən
etiraz aksiyasında həbs edilən və cərimələnən ictimai fəallara, Qarabağ
döyüşçülərinə hüquqi dəstək göstərmək, o cümlədən cərimələrin
ödənilməsində çətinliklə üzləşənlərə yardım etmək üçün marafon keçirməyə
qərar verilib.
Milli
Şura milli lider M.Ə.Rəsulzadənin 130 illiyi ilə bağlı 28 yanvarda
konfrans keçirəcək və yanvarın 31-də saat 12-də böyük liderin
Novxanıdakı abidəsinə ziyarət törəni təşkil edəcək. Koordinasiya
Şurasında bu tədbirlər və M.Ə.Rəsulzadənin yubileyi ilə bağlı başqa
tələblər müzakirə edilib.
Milli Şuranın gələcək fəaliyyətinin qurulması ilə bağlı müzakirələr
aparılıb və bu məsələ növbəti yığıncaqda da davam etdiriləcək. Yaxın
günlərdə Milli Şuranın komissiyaları da bu istiqamətdə müzakirələrə
başlayacaq.
Məlumatda deyilir ki, yığıncaqda qarşılıqlı ittihamların müzakirə
edilməsi və qurumun adının dəyişdirilməsi təklifinin səsləndirilməsi
haqda bəzi KİV-lərin yaydığı xəbərlər tamamilə əsassızdır.
Short URL: http://www.cumhuriyyet.net/?p=3550