Kiyevdə qan töküldü
Ukrayna müxalifəti Müvəqqəti İnqilabi Hökumət qurur
Kiyevddə baş verən toqquşmalarda 5 nəfərin öldüyü xəbər verilir.Bu
barədə ” Ukrainskaya pravda” qəzeti yerli həkimlərə istinadla xəbər
verir.Mənbənin məlumatına görə onlardan 4-ü atəşlə öldürülüb.Bir nəfər
isə “Dinamo” stadionundan yıxılaraq ölüb. Xəsarət alanların arasında
onlarla jurnalist var.
Yanvarın 22-də prezident Yanukoviçlə 3 müxalifət lideri arasında 4
saatlıq görüş olub.”Zərbə ” partiyqasının lideri Vitali Klitschko
jurnalistlərə bildirib ki, bir qədər sonra Milli Şurada danışıqlar
barədə açıqlama veriləcək.
Çərşənbə günü 10 nəfərin həbs edildiyi bildirilir.Onlara 15 il həbs cəzası kəsilə bilər.
Azadlıq radiosunun verdiyi son məlumata görə, “Berkut” etirazçıları
“Dinamo” stadionunun qarşısından çıxarıb. İndiyədək etirazçıların
barrikada qurduğu mövqelərdə indi təhlükəszilik qüvvələrinin qalxanlı
əsgərləri sıraya düzülüb. Əsgərlərin arxa mövqelərindən zirehli hərbi
maşın çıxaraq ön çərgəyə yaxınlaşıb. Azadlıq meydanın kütləvi etiraz
mitinqi isə davam edir. “Berkut”un xalqa güllə atdığı bildirilir; ölü
sayı 3-ə çatıb. Ukraynada gərginlik pik həddə çatıb. “Berkut” xüsusi
təyinatlılarının iki aydan bəri küçə və meydanlarda etiraz aksiyası
keçirən nümayişçiləri qarşı güc tətbiq etdiyi, hətta öldürücü
silahlardan atəş açdığı bildirilir. “Stream” telekanalının verdiyi
xəbərə görə, nümayişlərə qarşı tətbiq edilən güc zamanı ölənlərin sayı
3-ə çatıb. Xatırladaq ki, son günlərdə paytaxt Kiyevdə hakumət qüvvələri
ilə nümayişçilər arasında münasibətlər son dərəcə gərginləşib,
qarşılıqlı əlbəyaxa dava-dalaşlar müşahidə olunub, müxtəlif təxribat
cəhdlərinə əl atılıb. Hazırda meydanda bir neçə yerdə yanğınlar müşahidə
olunur. Nümayişçilərin sona qədər dirəniş göstərməyə niyyətli olduqları
bildirilir.
Ukraynanın Müdafiə Nazirliyi nümayişlərlə əlaqədar ölkədə yaranmış
vəziyyətə müdaxilə etməyəcəyini açıqlayıb. Nazirliyin nümayəndəsi
bildirib ki, mitinqçilərə qarşı Silahlı Qüvvələrdən sitifadə
olunmayacaq. Bütün hərbi qulluqçular və texnika öz daimi dislokasiya
olunduqları yerlərdədir.
Kiyevdə vəziyyət gərgin olaraq qalır. Ukrayna mətbuatı xəbər verir
ki, nümayişçilərlə təhlükəsizlik qüvvələrinin toqquşmasında 3 nəfər
həlak olub. Onlardan biri Ermənistan vətəndaşıdır. 20 yaşlı Sergey
Nihoyanın meyiti yanvarın 22-i səhər saatlarında Kiyevdə Dinamo stadionu
yaxınlığında tapılıb. Onun başında və sinəsində güllə yaraları olub.
“Azadlıq” radiosunun erməni xidməti Nihoyanın snayperlə vurulmasına dair
məlumatlar olduğunu bildirib. Nihoyan Kiyevə ötən ilin dekabrında
gedibmiş. Qeyri-rəsmi məlumatlara görə o, Avromaydanın mühafizəsi ilə
məşğul olan dəstəyə qatılıbmış.
Son məlumata görə, “Berkut” xüsusi təyinatlıları etirazçıları “Dinamo”
stadionunun qarşısından çıxarıb. İndiyədək etirazçıların barrikada
qurduğu mövqelərdə indi təhlükəszilik qüvvələrinin qalxanlı əsgərləri
sıraya düzülüb. Əsgərlərin arxa mövqelərindən zirehli hərbi maşın
çıxaraq ön çərgəyə yaxınlaşıb. Müstəqillik meydanda (Maydan) isə mitinq
davam edir.
Polis Qruşevsk və başqa küçələrdə qurulan barrikadalara hücum edib
aksiyaçıları uzaqlaşdırmağa çalışıb. Ayrı-ayrı yerlərdə toqquşmalar
davam edir. Aksiyaçılar polisə daş, Molotov kokteylləri atırlar. Polis
isə göz yaşardan qaz, səs bombaları, dəyənəklərdən istifadə edir.
Ukrayna müxalifəti bildirib ki, nümayişlər zamanı öldürülən vətəndaşlara
görə prezident Yanukoviç və daxili işlər naziri Zaxarçenko məsuliyyət
daşıyır.
Müxalifət həmçinin səfərbərlik elan edib və tərəfdarlarını bu axşam Maydana çağırıb.
Baş
nazir Nikolay Azarov isə ölən nümayişçilərə görə məsuliyyəti
üzərlərindən atıb. O, hökumətin iclasında bildirib ki, DİN
əməkdaşlarının əlində silah olmayıb.
Bakı vaxtı ilə saat 16:00-da isə Prezident Administrasiyasında ölkə
başçısı Viktor Yanukoviçlə müxalifət liderlərinin görüşü başlayıb.
Görüşdə müxalifət liderləri Kliçko, Yatsenyuk və Tyaqnibok iştirak
edirlər.
Short URL: http://www.cumhuriyyet.net/?p=3551