Azərbaycan polisində yoxlamalar
Polis bölmələri təftiş olunub
Qrupunun üzvləri Daxili İşlər Nazirliyi Qaradağ Rayon Polis İdarəsinin
11-ci və 38-ci polis bölmələrinə başçəkmələr həyata keçiriblər. Bu
barədə Trend-ə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
Başçəkmələrin
məqsədi bu bölmələrdə saxlanılma şəraiti, rəftar və müvafiq
sənədləşmənin araşdırılması olub. Başçəkmələr zamanı polis bölmələrində
saxlanılan şəxs olmayıb, hər hansı nöqsan aşkar edilməyib.
Habelə
38-ci polis bölməsinin standartlara cavab verən yeni binaya köçürüldüyü
və burada ümumilikdə dörd nəfər üçün nəzərdə tutulmuş iki müvəqqəti
saxlanma yerinin inşa edildiyi məlum olub.
Short URL: http://www.cumhuriyyet.net/?p=3555