Bakıda Qarabağ qazisini və onun veteran atasını döydülər
Binəqədi
polis şöbəsi: “Səni Qarabağa mən göndərmişdim? Ağlın olsaydı
getməzdin”
Binəqədi
polis şöbəsi: “Səni Qarabağa mən göndərmişdim? Ağlın olsaydı
getməzdin”
Yanvarın 17-də, axşam saat 18-19 radələrində hakimiyyətə
yaxın Azad İsgəndərov adlı işbazın qoçuları və “Riyad” Mühafizə Xidmətinin
əməkdaşları, Laçının müdafiəsi uğrunda döyüşlərdə ağır yara almış, Qarabağ
müharibəsi qazisi Niyaz Əmiraslanova hücum çəkərək onu döyüblər. Bu zorakılıq
və vandalizm aktı nəticəsində Qarabağ qazisi və Böyük Vətən müharibəsi veteranı
olan atası Vəli Əmiraslanov da bədən xəsarətləri alıb.
Baş vermiş hadisə ilə bağlı cumhuriyyet.az-a daxil
olan məlumata görə səbəb Azad İsgəndərovun apardığı tikintinin Qarabağ
qazisinin evinə gedən yolunun kəsməsinə etiraz etməsi olub. Fiziki zorakılığa
məruz qalan qazi Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsinə şikayət
ərizəsi ilə müraciət edərkən, təhqiqatçı Natiq Təhməzovun “səni Qarabağa mən
göndərmişdim? Ağlın olsaydı getməzdin” deməsi ona döyülməkdən daha pis təsir
bağışlayıb. Görünən budur ki, hələ də, bir ay bundan əvvəl belə münasibətlə
üzləşməsi səbəbindən özünü yandırmaq həddinə gələn Zaur Həsənovun intihar
etməsi çoxlarını yatdığı qəflət yuxusundan oyatmayıb.
Mövzunu diqqətdə saxlayacağıq
Short URL: http://www.cumhuriyyet.net/?p=3561